Avtobusların həm daxili, həm də xarici görünüşü bərbad vəziyyətdədir (VİDEO)

Avtobusların həm daxili, həm də xarici görünüşü bərbad vəziyyətdədir (VİDEO)

Oturacaqlar bərbad vəziyyətdədir. Avtobusların həm daxili, həm də xarici görünüşü ürək açan deyil. Kadrlar metronun "Koroğlu" stansiyasından Sabunçu rayonu Ramana kəndinə hərəkət edən 204 saylı marşurut avtobuslarındandır.
 
Maide.Az bildirir ki,  Avtobusların kiçiktutumlu olması və standartlara cavab verməməsi sərnişinlərin narahatçılığına səbəb olur.
Sürücülər avtobusların vəziyyətinin ürəkaçan olmadığını etiraf etsələr də, onlar sərnişinlərdən fərqli olaraq bunun səbəbini yolda görürlər. Onların sözlərinə görə, yolların bərbad halda olması avtobusların sıradan çıxmasına səbəb olur.
 
Sözügedən problemlə bağlı Ramana qəsəbə nümayəndəŞamil Alıyev bildirdi ki, artıq yolların əsaslı şəkildə təmir edilməsi üçün Sabunçu rayon İcra Hakimiyyəti qarşısında məsələ qaldırılıb. Məhz yolların təmirindən sonra manşurut xəttinə müasir avtobusların buraxılması gözlənilir.(xezerxeber)
 

Google+ WhatsApp ok.ru