Avtobusların kart sisteminə keçidi nə yerdə qaldı?

Avtobusların kart sisteminə keçidi nə yerdə qaldı?

Yaxın müddətdə paytaxtdakı bütün marşrut avtobusları kartla ödənişə keçəcək.
 
Bununla bağlı olaraq xətt sahibləri qarşısında konkret tələb qoyulub. Yaxın bir neçə ay ərzində Bakı şəhərindəki bütün marşrut avtobusları kartla ödəniş sisteminə küçəcək. Artıq hazırlıq işlərinə də başlanılıb.
 
Sahibkarların sözlərinə görə, həmin vaxt bəzi köhnə avtobusların yeni və müasirləri əvəz edilməsi də nəzərdə tutulub.
 
Bakı Nəqliyyat Agentliyindən isə bildirilir ki, yeni sistemə keçmək o qədər də çox vaxt alacaq bir proses deyil. Bunun üçün yeni avtobusların alınmasına da ehtiyac yoxdur. Yaxın vaxtlarda da avtobuslara validatorların quraşdırılmasına başlanılacaq.
 

Google+ WhatsApp ok.ru