Avtobuslar yanacaq daşıyan maşınla toqquşdu, 73 nəfər yanaraq həlak oldu

Əfqanıstanda  iki sərnişin avtobusunun  yanacaq daşıyan maşınla toqquşması nəticəsində ən az 73 nəfər həlak olub. 
 
Maide.Az xəbər verir ki, hadisə bu gün Qəzni vilayətinin Məqər bölgəsində baş verib. 
Əfqanıstanın Səhiyyə Nazirliyinin sözçüsü  İsmail Kavusi  deyib ki,  hadisədə ölənlərin sayı 73 nəfə çatıb və ölənlərin əksəriyyəti yanaraq həlak olub. 
 
Məlumata görə,  hadisə qurbanlarının əksəriyyəti  uşaqlar və qadınlardır.  Hadisə zamanı  onlarla insan yaralanıb, bəzilərinin vəziyyəti ağırdır. 
 
Yolların  pis vəziyyətdə olması və yol hərəkəti qaydalarının icra olunmaması bu kimi hadisələrin baş verməsinə səbəb olur. 
Qeyd edək ki, 2013-cü ildə də avtobusla yanacaq daşıyan maşının toqquşması nəticəsində 45 nəfər həlak olmuşdu. 
 
 

Google+ WhatsApp ok.ru