Avtobus qəzasında həyatını itirən zəvvarların sayı 28 nəfərə çatıb - YENİLƏNİB

Avtobus qəzasında həyatını itirən zəvvarların sayı 28 nəfərə çatıb - YENİLƏNİB

(ilk xəbər bu gün səhər saat  07:20-də dərc olunub) 
 
İranın Fars əyalətinin şimalında ötən axşam Kərbəla ziyarətinə gedən yəzdli zəvvarların aşması nəticəsində həlak olanların sayı 28 nəfərə çatıb. 
 
Maide.Az xəbər verir ki, bunu İranın Yəzd əyalətinin Fövqəladə Hallar idarəsinin baş direktoru  Hadi Hadinəsəb deyib.  “Hadisə baş verdiyi an 24 zəvvar və daha sonra 4 zəvvar xəstəxanaya çatdırılarkən həyatını itirib. Yaralılar Şiraz xəstəxanasına çatdırılıb və onların vəziyyəti qənaətbəxşdir.”
 
Qeyd edək ki, İranın cənubunda İraqın Kərbəla şəhərinə gedən avtobus ötən axşam İranın Fars əyalətinin İqlid bölgəsində yerli vaxtla  20:50-də baş vermişdi. İlkin xəbərdə 20 nəfərin həlak olduğu və 20 nəfərin yaralandığı bildirilmişdi. 
 
 

Google+ WhatsApp ok.ru