Avtobus qəzasında azı 50 nəfər ölüb

Avtobus qəzasında azı 50 nəfər ölüb

ölənlərdən 7-nin uşaq olduğu bildirilir

Keniya polisi və Qırmızı Xaç rəsmiləri avtobus qəzasında azı 50 nəfərin həlak olduğunu bildirir.
 
“Daily Nation” qəzetinin yazmasına görə, şahidlər avtobusun yoldan çıxaraq çevrildiyini bildiriblər.
 
Keniya Qırmızı Xaçının regional meneceri Nicholas Kemboi deyib ki, sürücü paytaxt Nayrobidən 200 km şimalda yerləşən yolda idarəetməni itirib.
 
O, 52 nəfəri daşıyan avtobusda ölənlərdən 7-nin uşaq olduğunu söyləyib. /azadliq.org /
 

Google+ WhatsApp ok.ru