Avtobusun dərəyə düşdü, 22 nəfər həyatını itirdi

Avtobusun dərəyə düşdü, 22 nəfər həyatını itirdi

Pakistanda sərnişin avtobusunun dərəyə düşməsi nəticəsində ölənlərin sayı 22-yə çatıb.
 
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, daha 50 nəfər xəsarət alıb.
 
Yaralılardan bir çoxunun vəziyyəti ağır kimi qiymətləndirilir. Bu səbəbdən ölənlərin sayının artacağı ehtimal edilir.
 
Hadisə yerində xilasetmə əməliyyatı davam etdirilir.
 
Qəza Palandri və Hacira yaşayış məntəqələrini birləşdirən yolda qeydə alınıb. Qəzaya səbəb sərnişinləri  toya aparan avtobus sürücüsünün idarəetməni itirməsi olub.

Google+ WhatsApp ok.ru