Avtomatik parklama texnologiyasının tətbiqinə başlanılıb

Avtomatik parklama texnologiyasının tətbiqinə başlanılıb

Yaponiyanın “Nissan” avtomobil istehsalçısı “ProPILOT Park” tam avtomatik parklama texnologiyasının tətbiqinə başlayıb.
 
Maide.Az “ICTnews”a istinadən xəbər verir ki, avtomobilin parklamaya qoyulması prosesinin avtomatlaşdırılması üzrə həllər çoxdan mövcuddur və əksər istehsalçılar, o cümlədən “Ford” və “Toyota” şirkətləri tərəfindən istifadə olunur. Lakin onların hamısında sürücü tərəfindən avtomobilin sürətinin akselerator pedalını basmaqla idarə edilməsi tələb olunur. Yeni “Nissan” texnologiyası isə bu funksiyanı da özündə birləşdirəcək.
 
Məlumata görə, texnologiyanın əsasını kamera və ultrasəsli ötürücülərdən istifadə təşkil edir. Onlar vasitəsilə avtomobil müstəqil şəkildə lazımi qabaritli parklama yerini tapacaq və tam avtomatik rejimdə həm ön, həm də arxa hərəkətdə paralel, diaqonal və ya perpendikulyar parklamanı yerinə yetirəcək.
 
Sistemlə təchiz ediləcək ilk model Yaponiya istehsalçısının yaxın vaxtlarda təqdim etməyə hazırlaşdığı “LEAF” elektromobilinin yeni versiyası olacaq. /

Google+ WhatsApp ok.ru