Avtomobil 6 yaşlı uşağın üstündən keçdi

Balakəndə dəhşətli yol-nəqliyyat hadisəsi verib.
 
Maide.Az bildirir ki, Mərkəzi Rayon Xəstəxanasından APA-ya verilən məlumata görə, hadisə bu gün günorta saatlarında Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun Balakən şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. "Mercedes Vita" markalı avtomobil yol kənarında atası ilə birgə hərəkətdə olan, 2010-cu il təvəllüdlü Sadiq Vidadi oğlu Şirbidovu vurub. Nəticədə 6 yaşlı oğlan hadisə yerində ölüb.
 
Xəstəxanadan APA-ya bildirilib ki, avtomobilin təkəri uşağın döş qəfəsinin üstündən keçib.
 
Hazırda hadisə ilə bağlı araşdırma aparılır.
 

Google+ WhatsApp ok.ru