Avtomobildən düşən sürücü üç “07”nin toqquşmasına səbəb olub: 2 yaralı 02 Dekabr 2016 02:00 Hadisə Sürücünün vəziyyəti ağırdır Bakıda üç avtomobilin toqquşub, onlardan birinin sürücüsünü maşın vurub. Hadisə Xəzər rayonu, Binə qəsəbəsində qeydə alınıb. Belə ki, aroport yolunda 1985-ci il təvəllüdlü Ələkbərov Elçin Zakir oğlu idarə etdiyi "VAZ 2107" markalı avtomobolini yolun kənarında saxlayaraq yerə enib. Bu zaman arxadan sürətlə gələn digər "VAZ 2107" markalı avtomobil E.Ələkbərovu vurub. O, ağır xəsarət alıb. Qəza anında başqa bir "VAZ 2107" markalı avtomobil də hər iki maşına çırpılıb. Nəticədə sonuncu avtomobilin sərnişini 1965-ci il təvəllüdlü Əliyev Afiq Yəhya oğlu da xəsarət alıb. Hər iki yaralı "Təcili yardım" maşını ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Həkimlərin verdiyi məlumata görə, E.Ələkbərovun vəziyyəti ağırdır. Faktla bağlı araşdırma aparılır. (report) / Teqlər : #Avtomobildən düşən sürücü üç 07nin toqquşmasına səbəb olub: 2 yaralı, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bakıda “Təcili yardım” maşını qəzaya uğrayıb: xəstə ölüb, tibb bacısı yaralanıb Güclü külək ölkənin bir sıra bölgələrində fəsadlar yaradıb, rayonlar işıqsız qalıb