Avtomobil satışında “Dollar” canlanması

Devalvasiyalardan ən çox əziyyət çəkən sahələrdən biri avtomobil satışı sektorudur. Avtomobil ikinci dərəcəli istehlak malı olduğundan, insanların alıcılıq qabiliyyəti aşağı düşdükdə və ya qiymətlər qalxdıqda onun alınması asan təxirə salına bilinir.
 
Devalvasiyalardan sonra Azərbaycanda avtomobil satışları dəfələrlə aşağı düşmüşdür. Amma Aprel ayında bu biznesdə az da olsa canlanma müşahidə olunub.
 
“Marja”nın sektordan əldə etdiyi məlumata görə, Aprel ayında bir sıra salonların satışları pis olmayıb. İlin ilk ayları ilə müqayisədə satışlarda 20-30% artım qeydə alınıb. Səbəb Apreldə dolların manat qarşısında ucuzlaşmasıdır.
 
“Banklarda dolların alış məzənnəsinin təxminən 1.65 səviyəsindən 1.45 səviyyəsinə geriləməsi əlində dolları olanları təşvişə salıb. Dolları, məzənnə 1.05 manat olanda alan bir çox insanlar 12%-i keçən ucuzlaşmadan narahat olaraq pullarını əmaka yatırmağa başlayıblar. Dolları 1.45-ə dəyişməkdənsə, avtomobil, ev və s. almağı doğru hesab edirlər. Buna görə, Aprel ayında avtomobil bazarında hərəkətlilik olub”.
 
Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2016-cı ilin Yanvar – Mart ayları ərzində Azərbaycana cəmi 1362 ədəd nəqliyyat vasitəsi idxal olunmuşdur.  Yanvar ayında 437 ədəd, Fevral ayında 384 ədəd, Mart ayında isə 541 ədəd nəqliyyat vasitəsi idxal olunmuşdur.
 

 

Google+ WhatsApp ok.ru