Avtovağzal dairəsi adlanan ərazi dairəvi yola birləşdirilir

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Avtovağzal dairəsi adlanan ərazisi dairəvi yola birləşdirilir.
 
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətindən Maide.az-a bildiriblər ki, bu məqsədlə tikilən yolun ümumi uzunluğu 1 kilometrdən çoxdur. Eni isə 13 metr təşkil edəcək.
 
Üç zolaqlı yol üzərində 445 metr uzunluğunda 15 aşırımdan ibarət estakada inşa olunacaq. Hazırda estakadanın başlanğıc və dairəvi yola birləşən hissəsində svayların quraşdırılması işləri gedir.
 
Tikinti işləri başa çatdıqdan sonra Sumqayıt istiqamətindən gələn nəqliyyat vasitələri Şamaxinka adlanan əraziyə daxil olmadan Stend Atıcılığı İdman Kompleksinə və dairəvi avtomobil yoluna maneəsiz çıxa biləcəklər.

Google+ WhatsApp ok.ru