AXCP fəalı iki il üç ay azadlıqdan məhrum edilib

AXCP fəalı iki il üç ay azadlıqdan məhrum edilib

AXCP üzvü Əlzamin Salayev 2 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Bu barədə Salyan rayon Məhkəməsi hökm çıxarıb.
 
Belə ki, Əlizamin Salayev Salyan rayon Polis Şöbəsinin təhqiqat bölməsinin rəisi Həmzə Əzizovun 21 yaşlı gənc qızı zorladığını iddia edib.
 
AXCP dən Turana bildiriblər ki, məhkəmədə ona dövlət tərəfindən təyin olunan vəkil təklif edilsə də, Əlzamin Salayev imtina edib.
 
Bu hökmlə bağlı Salyan rayon Məhkəməsindən hələ şərh almaq mümkün olmayıb.
 
Fəalın həbsi barədə Azərbaycan Xalq Cəbhəsi Partiyası ayrıca bəyanat yayıb.
 
Sənəddə deyilib ki, aprelin 20-də Salyan rayon Məhkəməsi sözügedən polis zabitinin şikayəti əsasında Əlzamin Salayevə heç bir araşdırma aparmadan təcili şəkildə, hazırlıq iclasında 2 il 3 ay həbs verib.
 
“Bütün Azərbaycan ictimaiyyətinə bəllidir ki, aylar öncə AXCP Salyan təşkilatının fəalı Əlzamin Salayev bir qadına qarşı hədə-qorxu yoluyla xoşagəlməz rəftarlara yol verən polis zabiti Hmzə Əzizovun əməllərini ifşa etmişdi. 21 yaşlı qadının ailə üzvləri də video müraciətdə xalqa bildrmişdilər ki,polis imkanlarından sui istifadə edərək qızı qardaşını həbs etməklə hədələyərək bu münasibətə məcbur edib. Hüquq mühafizə orqanları işi obyektiv araşdırmaq əvəzinə, Əlzamin bəyi həbs edərək işgəncələrə məruz qoymuş və 30 sutka inzibati həbs vermişdilər. Polis orqanlarındaki işgəncəlrdən sonra Əlzəmin Salaeyev cərrahi əməliyat keçirməli olmuşdu.
 
 Aprelin 20-də Salyan rayon Məhkəməsi sözügedən polis zabitinin şikayəti əsasında Əlzamin Salayevə heç bir araşdırma aparmadan təcili şəkildə, hazırlıq iclasında 2 il 3 ay həbs verib,"  bəyanatda deyilir
 
AXCP hesab edir ki, bu həbs də dirgər həbslər kimi AXCP-yə və fəal vətəndaşlara qarşı repressiyanın tərkib hissəsidir.
 
"Əlzamin Salayev son günlərdə repressiayaya məruz qalan 9 cu AXCP fəalıdır və onun həbsi birmənalı şəkildə hakimiyyəti sərt tənqid edən siyasi və vətəndaş mövqeyinə görədir. Axərbaycan Xalq Cəbhəsi Partiyası bəyan edir ki, bütün qanuni imkanlardan istifadə edərək Əlzamin Salayevin hüquqularını qoruyacaq və repressiyalar qarşısında bir addım da geri çəkilməyəcək. Bu addım və Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin artıq 7 gündür informasiya blokadasında saxlanması onu göstərir ki, repressiyalar ən yüksək səviyyədə siyasi sifarişin nəticəsidir," sənəddə qeyd edilir.
 
Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı Əlizamin (Zamin) Salayevə qarşı Cinayət Məclləsinin 128-ci maddəsi ilə (Qəsdən sağlamlığa yüngül zərər vurma) cinayət işi açılıb.
 
AXCP fəalı 2019-2020-ci illərdə eyni ittihamla, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə (Polisin qanuni tələbinə tabe olmamaq) 7 dəfə 15 sutkadan 30 sutkayadək müddətə inzibati həbsə məruz qalıb.
 
Salayev 2020-ci il yanvarın 13-də Bakının Səbail rayon Məhkəməsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsi ilə yenidən təqsirli bilinərək inzibati qaydada 30 sutka həbsə məhkum edilib.
 
O, məhkəmədə bildirib ki, həbsi Salyan rayonunun polisi barədə çəkdiyi video ilə bağlıdır. /contact.az 
 
Məhkəmədə Salayev bildirib ki, həbsi zamanı polis bölməsində ağır işgəncələrə məruz qalıb, elektrik cərəyanına verilib. İşgəncə zamanı çoxsaylı xəsarətlər alıb.
 
Öz növbəsində, Daxili İşlər Nazirliynin mətbuat xidməti Salayevin işgəncələrlə bağlı dediklərini təkzib edib./contact.az  /

Google+ WhatsApp ok.ru