AXCP fəalı saxlanıldı

AXCP fəalı saxlanıldı

Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Əlixan Rəcəbli iyulun 4-də polis tərəfindən saxlanılıb. 
 
Maide.Az xəbər verir ki, bu barədə AzadlıqRadiosuna partiyadan məlumat verilib. 
 
Məlumata görə, Rəcəbov günorta saatlarında yaşadığı evdən Masallı Rayon Polis Şöbəsinə aparılıb. "Evinə polis gəlib bildirib ki, rəis Əlixanı görmək istəyir. Şöbəyə aparılanda bizə bu barədə məlumat verə bildi".
 
Partiyadan əlavə ediblər ki, Ə.Rəcəblinin saxlanma səbəbi onun sosial şəbəkələrdə aktivli ilə bağlıdır. 
 
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb. 

Google+ WhatsApp ok.ru