AXCP parlament seçkilərinə iştirak formatını açıqlayıb

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Milli Məclisə keçiriləcək seçkilərdə Milli Şuranın tərkibində qatılacaq.
Maide.az-ın məlumatına görə, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı "Report"a açıqlamasında deyib ki, yaxın günlərdə seçkidə iştirakla bağlı məsələ müzakirəyə çıxarılacaq: "İndiyədək AXCP rəhbərliyi parlament seçkilərində iştirakla bağlı müzakirələr aparmayıb. Bu məsələ həm AXCP, həm də Milli Şurada müzakirə edildikdən sonra müvafiq qərar qəbul ediləcək. İştirakla bağlı qərar verilərsə, dairələr üzrə namzidələrin müəyyənləşməsi istiqamətində müzakirələr aparılacaq".

Google+ WhatsApp ok.ru