AXCP sədrinin müşaviri həbs edildi

Milli Şuranın martın 15-nə təyin etdiyi mitinqin təşkilatçılarından olan AXCP sədrinin müşaviri Məmməd İbrahim, bu dəqiqələrdə polis tərəfindən saxlanılıb. Onun 17-ci polis bölməsinə aparıldığı bildirilir. Mitinq təşkilatçıları hakimiyyətin bu addımını qorxaqlıq, kütləviliyin qarşısını almaq, digərlərini qorxutmaq cəhdi kimi qiymətləndir. Təşkilatçılar eyni zamanda, belə qanunsuz əməllərlə mitinqə mane olmaq cəhdlərinin səmərəsiz olduğunu bildirir və hakimiyyətin bu cür əməllərdən əl çəkməsini tələb edir. Xatırladaq ki, Məmməd İbarhim saxlanılması haqda ilk olaraq özünün “facebook” səhifəsində məlumat yayıb. 

Google+ WhatsApp ok.ru