AXCP sədrinin müşavirinin məhkəməsi davam etdirilib

Bu gün Nərimanov rayon Məhkəməsində AXCP sədrinin müşaviri Məmməd İbrahimin cinayət içi üzrə məhkəmə prosesi davam etdirilib. Vəkil Yalçın İmanovun verdiyi məlumata görə, prosesdə çıxış edərək, ekspertin, hal şahidlərinin, polis nəfərlərinin məhkəməyə çağırılıb dindirilməsi ilə bağlı vəsatətlər verib. Məhkəmə ekspertin dindirilməsi ilə bağlı vəsatəti təmin edib. Digər vəsatətlər təmin olunmayıb.
 
Məhkəmə prosesi fevralın 29-da davam etdiriləcək.
 
Qeyd edək ki, M. İbrahim bir müddət əvvəl AXCP">AXCP-dən ayrılmış Mikayıl Quliyevin şikayət ərizəsi əsasında başlanmış cinayət işi üzrə sentyabrın 30-da həbs olunub. O, Cinayət Məcəlləsinin 221.2.2-ci (xuliqanlıq) maddəsinə əsasən ittiham edilir.

Google+ WhatsApp ok.ru