Şaxtaçılar maaş artımı tələb edirlər - Qazaxıstanda

Şaxtaçılar maaş artımı tələb edirlər - Qazaxıstanda

-- onlarla şaxtaçı tuneldən çıxmır

Qazaxıstanın mərkəzindəki Qaraqanda regionunda onlarla şaxtaçı tuneldən çıxmır, maaş artımı tələb edirlər.
 
Əmək maarifləndirmə fəallarından biri AzadlıqRadiosuna deyib ki, tətil edənlər noyabrın 29-da şaxtaya girib, noyabrın 30-da ordan çıxarılmaqdan imtina ediblər.
 
Fəalların Facebook-da yerləşdirdiyi fotoda tuneldəki şaxtaçılar əllərindəki kağızda tələblərini yazıblar.
 
Tələblərə maaşın 70 faizlik artımı, daha yaxşı pensiya, təhsil ocaqlarına və kurortlara azad çıxış daxildir. Şaxtaçılar həmçinin şaxta sahibi olan şirkətin, KazakhMys-in rəhbəri Eduard Ogai ilə görüş tələb edirlər.
 
KazakhMys-dən AzadlıqRadiosuna deyiblər ki, şirkət tətil barədə xəbərləri dəqiqləşdirir və az sonra bəyanat verəcək.
 

Google+ WhatsApp ok.ru