Ayətullah Xamenei başsağlığı verdi

Ayətullah Xamenei başsağlığı verdi

Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei höccətül-islam Hacı Şeyx Əli Əsğər Məsuminin vəfatı münasibəti ilə başsağlığı verib.  
 
Maide.Az xəbər verir ki, başsağlığı mesajında bildirilir: “Xalqın xidmətində olan alim, mərhum höccətül-islam Hacı Şeyx Əli Əsğər Məsuminin vəfatı münasibəti ilə Məsumi ailəsinə və onun şagirdlərinə başsağlığı deyir və təqvalı insanın yaxınlarına Allahdan səbr diləyirəm.
 
Ötən on illər ərzində bu böyük alim davamlı olaraq mədəni və ictimai sahələrdə böyük xidmətlər göstərib. Xobreqan Ekspertlər Məclisində müxtəlif dövrlərdə üzv olub. Allahdan onun ruhu üçün səmimi qəlbdən rəhmət və məğfirət diləyirəm”.
 

Google+ WhatsApp ok.ru