Ayətullah Xamenei başsağlığı verib 15 Yanvar 2018 02:00 İslam lideri -- neft tankeri faciəsində gəminin heyət üzvlərinin ölümü ilə bağlı Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei çox acınacaqlı və kədərli neft tankeri faciəsində gəminin heyət üzvlərinin həyatını itirməsi münasibətilə bağlı başsağlığı verib. Maide.Az “leader.ir” saytına istinadən xəbər verir ki, Ali Rəhbər Ayətullah Xameneinin başsağlığı mesajında bildirilir: “Allahın adı ilə. Neft tankerində yanğın baş verməsi və bunun ardınca tankerin batması nəticəsində tankerin heyət üzvlərinin həlak olması çox acınacaqlı və kədərli hadisədir. Bu acı hadisədə həyatını itirənlərin ailələrinə və yaxınlarına səmimi qəlbdən başsağlığı verir və Allahdan onların kədərli ürəklərinə təsəlli və sakitlik bəxş etməsini diləyirəm.O əziz insanlar vətənə xidmət edərk can veriblər və bu, bəlkə də kədərin acısını azalda biləcək, qəmli ürəklərə sakitlik bəxş edə biləcək böyük bir fəxrdir. Allah Taaladan onlara rəhmət və məğfirət, müsibətli ailələrə isə səbr və əcr diləyirəm." Qeyd edək ki, yanvarın 6-da Cənub-Şərqi Çin dənizində yük gəmisi ilə toqquşan İranın SANCHI neft tankerinin bütün heyət üzvləri (32 heyət üzvi) həyatını itirib. Bu gün (15 yanvar) İranda bu münasibətlə matəm günü elan olunub. Teqlər : #Ayətullah Xamenei başsağlığı verib , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ali Rəhbər Ayətullah Xamenei başsağlığı verdi Ayətullah Xamenei İmam Xomeyninin (rə) məqbərəsini ziyarət etdi - FOTO
Ali Rəhbər ölkənin bir qrup istehsalçısı, iqtisadi və sənaye müəssisə rəhbərləri və işçilərini qəbul edib
Ali Rəhbərin iştirakı ilə Peyğəmbərin (s) vəfatı və İmam Həsənin (ə) şəhadət ildönümünə həsr edilmiş mərasim keçirildi - FOTO
Ali Rəhbər: İranın şimal-qərbində baş verən hadisələr əcnəbi orduların bu ölkələrə müdaxiləsinin qarşısı alınmaqla həll olunmalıdır
Ali Rəhbər ayətullah Xameneiyə COVID-19 infeksiyasına qarşı yerli peyvəndin ikinci dozası vurulub - FOTO
Ali Rəhbər ayətullah Xameneiyə COVID-19 infeksiyasına qarşı yerli peyvənd vurulub - FOTO/VIDEO - YENİLƏNİB