Ayətullah Xamenei başsağlığı verib

Ayətullah Xamenei başsağlığı verib

-- Qəzaya uğrayan təyyarədə 66 nəfərin həyatını itirməsinə görə

Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei fəlakət hadisəsi - sərnişin təyyarəsinin qəzaya uğraması-  nəticəsində  sərnişinlərin həyatını itirməsi münasibətilə bağlı başsağlığı  verib. 
 
Maide.Az “leader.ir” saytına istinadən xəbər verir ki, Ali Rəhbər Ayətullah Xameneinin başsağlığı mesajında bildirilir:
 
“Allahın adı ilə.  Əziz həmvətənlərimizdən bəzilərinin acınacaqlı sərnişin təyyarəsi qəzasında həyatını itirməsi ürəkləri qəmlə doldurdu və hamını kədərləndirdi.   Bu acı hadisədə həyatını itirənlərin ailələrinə və yaxınlarına səmimi qəlbdən başsağlığı verir və Allahdan onlara rəhmət və məğfirət, müsibətli ailələrə isə səbr və əcr diləyirəm. Aidiyyatı qurumların  məsul şəxsləri bu sahədə lazimi addımların atılması üçün  bütün səylərini göstərsin və həyatını itirən şəxslərin hörmətlə  dəfn mərasiminin təşkili ilə bağlı əməkdaşlıq etsin.”
 
Qeyd edək ki, bu gün səhər Iranda “ATR 72-500” tipli təyyarənin qəzaya uğraması nəticəsində 66 nəfər həyatını itirib. Təyyarə əlverişsiz hava şəraiti səbəbindən havaya qalxdıqdan 50 dəqiqə sonra Dena dağına çırpılıb.
 

Google+ WhatsApp ok.ru