Ayətullah Xamenei başsağlığı verib 09 May 2018 01:00 İslam lideri -- Şiraz şəhərinin imam cüməsinin ölümü münasibətilə Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei dəyərli alim, Şiraz şəhərinin imam cüməsi, mərhum höccətül-islam Hacı Şeyx Əsədullah İmaninin vəfatı münasibətilə başsağlığı verib. Maide.Az “leader.ir” saytına istinadən xəbər verir ki, Ali Rəhbər Ayətullah Xameneinin başsağlığı mesajında bildirilir: "Mərhəmətli və Bağışlayan Allahın adı ilə! Dəyərli və mücahid alim, Şirazın çalışqan və xidmətçi imam cüməsi mərhum höccətül-islam Hacı Şeyx Əsədullah İmaninin vəfatı xəbərini böük kədərlə eşitdik. Bu inqilabçı və xalqına xidmət edən ruhani uzun illər, həmişə ictimai və inqilabi çalışmalarda ön cərgədə olub. İmam cümə, Xobreqan Ekspertlər Məclisinin üzvi və bir sıra digər elmi və ictimai fəaliyyətləri olub. Öz öhdəliklərini layiqincə yerinə yetirib. Bu bəsirətli və sədaqətli alimin itirilməsi, Fars əyaləti və Şiraz şəhərinin xalqı və ruhaniləri üçün böyük itgidir. Onun yaxınlarına, şagirdlərinə, sevənlərinə və Fars əyaləti xüsusi ilə Şiraz şəhərinin mömin xalqına , və ruhanilərinə başsağlığı deyirəm. Uca Yaradandan onun üçün ən yüksək dərəcələri verməsini diləyirəm!" Qeyd edək ki, mərhum Höccətül-islam İmani may ayının 7-də 70 yaşında vəfat edib. O uzun müddət idi ki, böyrək çatışmamazlığından əziyyət çəkirdi və son aylarda xəstəxanada müalicə alırdı. Teqlər : #Ayətullah Xamenei başsağlığı verib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ayətullah Xamenei 700-dən çox məhbusu əfv etdi Ayətullah Xamenei müəllimlər və elmi tədqiqatçılarla görüşüb - FOTO
Ali Rəhbər ölkənin bir qrup istehsalçısı, iqtisadi və sənaye müəssisə rəhbərləri və işçilərini qəbul edib
Ali Rəhbərin iştirakı ilə Peyğəmbərin (s) vəfatı və İmam Həsənin (ə) şəhadət ildönümünə həsr edilmiş mərasim keçirildi - FOTO
Ali Rəhbər: İranın şimal-qərbində baş verən hadisələr əcnəbi orduların bu ölkələrə müdaxiləsinin qarşısı alınmaqla həll olunmalıdır
Ali Rəhbər ayətullah Xameneiyə COVID-19 infeksiyasına qarşı yerli peyvəndin ikinci dozası vurulub - FOTO
Ali Rəhbər ayətullah Xameneiyə COVID-19 infeksiyasına qarşı yerli peyvənd vurulub - FOTO/VIDEO - YENİLƏNİB