Ayətullah Xamenei başsağlığı verib

Ayətullah Xamenei başsağlığı verib

-- Əxlaq ustadı Höccətül-İslam Əli Əkbər Musəvi Hüseyninin ölümü münasibətilə

Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei  imanlı alim və əxlaq ustadı  mərhum Höccətül-İslam Hacı Şeyid Əli Əkbər Hüseyni Musəvinin vəfatı münasibətilə  başsağlığı  verib. 
 
Maide.Az “leader.ir” saytına istinadən xəbər verir ki, Ali Rəhbər Ayətullah Xameneinin başsağlığı mesajında bildirilir:
 
"Mərhəmətli və Bağışlayan Allahın adı ilə! İmanlı alim və əxlaq ustadı  mərhum höccətül-islam Hacı Şeyid Əli Əkbər Hüseyni Musəvinin vəfatı münasibətilə yaxınlarına, şagirdlərinə və  sevənlərinə başsağlığı deyirəm. 
 
O mərhumun milli televiziyada, parlamentdə və məscid və dəsrlərdə göstərdiyi xalis xidmət və çalışmaları bu nur üzli alimin kimliyini göstərir.  Uca Yaradandan onun üçün ən yüksək dərəcələri verməsini diləyirəm!"
 
Qeyd edək ki, tanınmış əxlaq ustadı Höccətül-İslam Əli Əkbər Musəvi Hüseyni iyun ayının 21-i axşam saatlarında 79 yaşında  vəfat edib. 
    
 

Google+ WhatsApp ok.ru