Ayətullah Xamenei: `Bu kimi cinayətlər xalqın iradəsinə təsir etməyəcək`

Ayətullah Xamenei: `Bu kimi cinayətlər xalqın iradəsinə təsir etməyəcək`

Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei Tehranda baş vermiş terror hadisəsi zamanı şəhid olmuş şəxslərin ailələrinə başsağlığı verib.
 
Maide.Az xəbər verir ki, başsağlığı mesajında bildirilir:
 
“Bismillahir-rəhmanir-rəhim. Bir neçə oruc tutan əzizlərimizin şəhid olması və bir neçəsinin yaralanması ilə nəticələnən mübarək Ramazan ayının 12-də İmam Xomeyninin (r.ə) məqbərəsində və parlamentdə baş vermiş terror hadisəsi imperializm muzdlularının İran xalqı, inqilab, İslam sistemi və onun dəyərli rəhbəri ilə düşmənçiliyinin və kinli olmasının aşkar nümunəsidir. Bu kimi cinayətlər onu törədənlər, onlara göstəriş verənlər və səbəbkarlarının kinli və kiçikliyini göstərir. Xalqın iradəsinə təsir etməyəcək qədər kiçikdir. Bu kimi hərəkətlərin nəticəsi Amerika dövləti və onların regiondakı Səudiyyə kimi əlaltılarına qarşı nifrətin artmasıdır. İran xalqı müttəhid olaraq və ciddi iradə ilə irəli doğru gedəcək inşallah.  
Bu hadisədə şəhid olmuş şəxslərin xatirəsini əziz tutur, onların ailələrinə təbrik və başsağlığı deyirəm. Allahdan hadisədə yaralanmış şəxslərin sağalmasını diləyirəm”. /

Google+ WhatsApp ok.ru