Ayətullah Xamenei  Ramazan bayramı münasibəti ilə 1000 -dən çox məhbusu əfv etdi

Ayətullah Xamenei Ramazan bayramı münasibəti ilə 1000 -dən çox məhbusu əfv etdi

Ali Rəhbər  Ayətullah Xamenei mübarək Ramazan bayramı münasibəti ilə ölkənin bir qrup məhkumun cəzasının əfvi, yaxud yüngülləşdirilməsinə razılıq verib. 
 
Maide.Az xəbər verir kİ,  əfv olunanlar siyasi və mülki məhbuslar, həmçinin hərbi cinayətlərə görə həbs edilmiş şəxslərdir.
 
İranın Məhkəmə Sisteminin rəhbəri Sadiq Amoli Laricani Fitr bayramı münasibətilə  əlaqədar olaraq, Ayətullah Xameneiyə məktubla müraciət edib.
 
Məktubda 1049 məhbusun əfv olunması,  cəzasının yüngülləşdirilməsi, yaxud dəyişdirilməsi  xahiş olunur. Ali Rəhbər həmin təklifi müsbət cavablandırıb və fərman imzalayıb. 
 
Qeyd edək ki, iyun ayının 26 Fitr bayramı günüdür. 
 

 

Google+ WhatsApp ok.ru