Ayətullah Xameneinin dəftərxanası: Çox böyük ehtimal mayın 17-i Ramazan ayının əvvəlidir

Ayətullah Xameneinin dəftərxanası: Çox böyük ehtimal mayın 17-i Ramazan ayının əvvəlidir

-- Beynəlxalq astronomik məlumatlara əsasən

Çox böyük ehtimala görə, cümə axşamı (17 may) günü mübarək Ramazan ayının ilk günüdür. Bunu Ali Rəhbər Ayətullah Xameneinin dəftərxanasının Ayın axtarışı üzrə Qərargahın üzvü höccətülislam Əlirza Müvəhhidnejad bu gün keçirdiyi mətbuat konfransında deyib. 
 
Maide.Az “tasnimnews” saytına isitnadən verir ki, o deyib ki, Ramazan ayını axtarması ilə bağlı komitənin üzvləri təyin olunub və müəyyən olunmuş vaxtda öz işlərinə başlayacaq.
 
“May ayının 16-da ayın  görsənəcəyi proqnozlaşdırılır və  cümə axşamı günü (17 may) günü  Ramazan ayının ilk günüdür. Cari ilin Ramazan ayının hilalını müşahidə etməkdə heç bir problem yoxdur”. 
 
May ayının 16-da günün ikinci yarısı İranın müxtəlif vilayətlərində 120-dən çox qrup mübarək Ramazan ayının hilalını görmək üçün izləyəcək. “Ekspertlərin proqnozu belədir ki, mayın 16-da ay görsənəcək. Beynəlxalq astronomik məlumatlara əsasən, bu gün (mayın 15-də) dünyanın heç bir  yerində quru ərazidən ayın müşahidə edilməsi mümkin deyil.” 
 
O həmçinin bildirib ki, böyük ehtimalla Ramazan ayı bu il 29 gün olacaq. 
 
Qeyd edək ki, Azərbaycanda da Ramazan ayının 1-i miladi təqvimlə 17 may 2018-ci ilə təsadüf edəcək.
 
 
 

 

Google+ WhatsApp ok.ru