Və o gündən qorxun ki, heç kəs başqasının haqqını ödəyə, bir diləyi yerinə yetirə və bir əzabı dəf edə bilməyəcək və heç kimin şəfaəti qəbul olunmayacaq, nə kimdənsə (əzabdan qurtulmaq üçün) bir əvəz alınacaq və nə də onlara bir kömək göstəriləcəkdir. (Bəqərə surəsi, 48)

İmam Sadiq (ə) buyurur:
“Mömin başqaları ilə keçinir və əsla kimsə ilə didişmir.”



Ayətullah Xamenei: ABŞ istəyirdi, bacarmadı və biz istədik bacardıq

-- İslam açıq aşkar zülmün qarşısında durmaq göstərişi verib

Tarix : 08-02-2018 15:53

Xəbər verdiyimiz kimi  bu gün İranın Hərbi Hava Qüvvələrinin zabit və  əsgər heyəti  Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei ilə görüşüb. 
 
Maide.Az  “Leader.ir” saytına istinadən xəbər verir ki,   görüş tarixi bir hadisə kimi yaddaşlara yazılmış 1357-ci ilin 19 bəhmən gününün (1979,  8 fevral) ildönümü münasibətilə baş tutub.
 
Həmin gün Ordunun Hava Qüvvələrinin o zamanlar “homafər” adlanan birləşmələrində xidmət edən bir qrup hərbçi İmam Xomeyniyə (r.ə) etimad göstərərək onun rəhbərliyini qəbul etmişdir.
 
Görüşdə çıxış edən Ayətullah Xamenei 22 bəhmən (11 fevral) İslam İnqilabının qələbəsinin ildönümü gününü və İslam İnqilabı ilə bağlı digər hadisələrin ildönümü mərasimlərinin qeyd olunmasını  sistemin möhkəmlənməsi və davamı üçün önəmli adlandırıb. “Sizləri əmin edirəm ki,  bu ilki  11 fevral (İslam İnqilabının ildönümü münasibətilə izdihamlı yürüş) mərasimi daha möhtəşəm keçiriləcək. İslam İnqilabı  yaşayan bir həqiqəqtdir. İslam İnqilabının  möhkəmliyi və davamlılığı bu gün İnqilabın ilk günlərindən daha çoxdur. Bu günki inqilabçılar İnqilabın ilk vaxtlarından fərqli olaraq daha oyaq,  dayanaqlı və bəsirətlidir. Buna görədir ki,  İnqilab  inkişaf edir və  təkmilləşir.”
 
Ayətullah Xamenei bildirib ki, düşmənlərin bizimlə mübarizəsinin əsas məqsədi  İnqilabın davamlılığı, möhkəmlənməsi və yeni səmərələrinin qarşısını almaqdır. “Düşmənlər İslam İnqilabı ilə  mübarizə üçün müxtəlif vasitələrdən istifadə edirlər. Onlar xalqa təsir göstərmək məqsədilə saxta teorisyənlər, muzdlu yazarlar,  jurnalistlər, klonlar, özlərini mütəfəkkirə oxşadanlardan və  kiberməkanın bütün imkanlarından istifadə edirlər. Lakin qəflətən  İslam İnqilabının  11 fevral (İslam İnqilabının ildönümü münasibətilə izdihamlı yürüş) mərasimi və ya İnqilabın digər münasibətləri  zamanı  xalqın daha izdihamlı, coşqu və həyəcanla küçələrə axışıraq  birgə şüarlar səsləndirməsi düşmənlərin bütün hesablamalarını  bir-birinə vurur”. 
 
Ayətullah Xamenei deyib ki, İran xalqının xeyrini istəməyənlərin çalışması təkcə kiberməkanda deyil. “Onlar sanksiyalardan istifadə edirlər ki, xalq üçün iqtisadi çətinliklər yaratsınlar. Lakin  elə bu xalq  İslam İnqilabına olan sevgisinə görə, daha izdihamlı küçəyə axışır  və  İnqilabın möhkəmlənməsi və davamlılığına səbəb olur”. 
 
Ayətullah Xamenei  qeyd edib ki,  sistemin əsas siyasəti  İslam İnqilabından qaynaqlanıb. “Buna nümunə olaraq  “iqtisadi, mədəni , siyasi və təhlükəsizlik baxımından müstəqilliyi”, “ Azadlıq” və  “hər tərəfli mənəvi və maddi inkişafı” göstərmək olar.  Bəzi sahələrdə  xüsusi ilə  elm və texnologiya sahəsində  çox yaxşı  inkişaf əldə edilib.Digər proritet istiqamətimizdən biri də sosial ədalətin təmin olunmasıdır. Sosial ədalət  cəmiyyətin təbəqələşməsinin qarşısını alır. Bu sahədə bizdə az iş görülüb, geridə qalmışıq. Lazımi addımlar atılmalıdır, hələlik bu addımlar atılmayıb. Amma hamı bilsin ki, biz bu  əsas siyasətimizdən dönməmişik.  Qətiyyətlə buna çatmağa çalışırıq”. 
 
Ayətullah Xamenei sosial ədalətin həyata keçirilməsi yollarından biri kimi zülm və korrupsiya ilə mübarizəni göstərib. “ Zülm və korrupsiya ilə mübarizə çox çətindir. Necə ki, bir neçə il öncə dedim korrupsiya  nağıllarda  deyilən 7 başlı əjdahaya bənzəyir. Onu məhv etmək  o qədrədə  asan deyil, lakin  hökmən  məhv olmalıdır. Hökumət işçiləri arasında  olan  zülm və korrupsiya ilə  daha sərt və ciddi  mübarizə aparılmalıdır. Ölkənin bütün məsul şəxsləri və müdirləri buna ciddi diqqət etsinlər.”
 
Ayətullah  Xamenei bildirib ki, İslam İnqilabının əsas hədəflərindən biridə “dünyada zülm və korrupsiya qarşısında müqavimət göstərmək və onu rüsvay etmək”dir. “Bu gün  dünyada ən amansız və ən zalim  ABŞ hökumətidir.   Onlar İŞİD-dən də  pis vəhşidir.  ABŞ  İŞİD-i yaradıb,onları dəstəkləyir və  bəlkədə bəzi vəhşilik və zorakılıqları onlara təlim keçir. Lakin ABŞ hökuməti  bütün bu amansızlığı və  vəhşiliyi ilə yanaşı  beynəlxalq tribunalarda insan haqlarının, məzlumların və heyvanların hüquqlarının müdafiəçisi iddiaçısı kimi çıxış edir.  Həqiqətləri deməklə onları  rüsvay etmək lazımdır. Fələstin xalqına  70 illik zülmü, eləcədə  Yəməndə insanların qətliamını dəstəkləmək ABŞ-ın etdiyi zülmlərin bariz nümunəsidir.  Yəməndə infrastruktur və məzlum dinc sakinlər hər gün ABŞ-ın müttəfiqləri tərəfindən və ABŞ silahları ilə bombalanır. Amma ABŞ heç bir etiraz və etina etmir. Lakin  utanmazcasına  bir neçə  dəmir parçasını göstərməklə  İranın raket göndərməsi  ilə bağlı əsassız iddia irəli sürür.  Yəmən xalqı mühasirədə saxlanılır necə ora raket göndərmək mümkindir?” 
 
 Ayətullah Xamenei bildirib ki, İslam açıq aşkar zülmün qarşısında durmaq göstərişi verib. “İran İslam Respublikası regionda baş verən proseslərə birbaşa təsir edir.  Qərbi Asiya bölgəsində  ABŞ-ın müqaviməti məhv etmək cəhdinin qarşısında durduq və buna icazə vermədik. Bu gün dünya ictimaiyyəti bilir ki,  ABŞ regionda nə etmək istəyirdi, lakin bacarmadı. Biz bunun qarşısını almaq istədik və bacardıq”.
 


Orphus system Mətndə səhv var? Onu mausla seçin və "Ctrl+Enter" düyməsini basın 

Bölmənin digər yazıları



XƏBƏR LENTİ

XƏBƏRLƏRİN ARXİVİ





Namaz vaxtları

Sübh Azanı
Günəş Çıxır
Günorta Azanı
Axşam Azanı
Gecə Yarısı
04:25
05:54
12:44
19:49
00:00
Bölgələrdə vaxt ölçüsünün Bakı ilə fərqi (dəqiqə)

Ağdam +11, Ağdaş +10, Ağsu +5, Ağcabədi +10, Ağstafa +18, Astara +4, Babək +18, Balakən +5, Beyləqan +10, Bərdə +11, Cəlilabad +6, Cəbrayıl +12, Culfa +18, Daşkəsən +15, Şabran +4, Şirvan +4, Füzul +11, Göyçay +8, Gəncə +14, Gədəbəy +16, Goranboy +12, Horadiz +10, Göygöl +14, Xaçmaz +4, İsmayıllı +6, İmişli +7, Kəlbəcər +15, Kürdəmir +6, Qax +11, Qazax +19, Qazıməmməd +4, Qəbələ +8, Quba +5, Qusar +4, Laçın +14, Lənkəran +5, Lerik +7, Masallı +5, Mərəzə +3, Mingəçevir +11, Marneuli (Tiflis) +20, Naxçıvan +18, Neftçala +3, Oğuz +11, Ordubad +16, Saatlı +6, Sabirabad +6, Salyan +4, Siyəzən +3, Sumqayıt +1, Şamaxı +6, Şahbuz +18, Şəki +12, Şəmkir +15, Şərur +18, Şuşa +13, Tərtər +12, Tovuz +16, Yardımlı +8, Yevlax +11, Ucar +8, Zaqatala +15, Zəngilan +13, Zərdab +9

|
Gün Ay İl
Miladi
Hicri

              

Həftənin günü: Julian Day:

1 Məhərrəm 7 Rəcəb
2 Səfər 8 Şaban
3 Rəbiul-əvvəl 9 Ramazan
4 Rəbiul-axır 10 Şəvval
5 Cəmadil-əvvəl 11 Zilqədə
6 Cəmadiul-axır 12 Zilhiccə

YAZARLAR

Sorğu

Saytımızda hansı mövzularda məqalələrin daha çox olmasını istərdiniz?
Əhkam
Əqaid
Quran
Əxlaq
Ailə
Həyat dərsləri
Sağlamlıq
Xəbərlər

Arxiv



XƏBƏRLƏRƏ ABUNƏ

Buradan abunə olaraq gün ərzində saytımıza yerləşdirilən məlumatları elektron poçtunuzdan oxuya bilərsiniz





SOSİAL MEDİA





Saytın Xəritəsi

Saytımızı tam şəkildə izləmək üçün GoogleCrome10+, Opera 9+,Yandex brazerlərindən istifadə edin.

18-08-2018 02:01