Ayətullah Xamenei başsağlığı verib 23 May 2018 01:00 İslam lideri -- Urmiya şəhərinin sabiq imam cüməsinin ölümü münasibətilə Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei fədaka və mücahid alim, Urmiya şəhərinin sabiq imam cüməsi, mərhum höccətül-islam Hacı Şeyx Qulamrza Həsəninin vəfatı münasibətilə başsağlığı verib. Maide.Az “leader.ir” saytına istinadən xəbər verir ki, Ali Rəhbər Ayətullah Xameneinin başsağlığı mesajında bildirilir: "Mərhəmətli və Bağışlayan Allahın adı ilə! Qorxmaz, fədakar və mücahid alim, mərhum höccətül-islam Hacı Şeyx Qulamrza Həsəninin vəfatı münasibətilə yaxınlarına, şagirdlərinə, sevənlərinə və Qərbi Azərbaycan əyaləti xüsusi ilə Urmiya şəhərinin mömin xalqına və ruhanilərinə başsağlığı deyirəm. O mərhumun davamlı və hər tərəfli çalışmaları inqilabçı və mübariz bir ruhaninin həyat dəftərində həmişə yaşar və təkrarsız səhifə olaraq qalacaq. O daxildə inqilaba zidd muzdlular və müharibə dövründə Bəəsli işğalçılar qarşısında mübarizədə misli görünməmiş işlər görüb. Uca Yaradandan onun üçün ən yüksək dərəcələri verməsini diləyirəm!" Qeyd edək ki, mərhum Höccətül-islam Həsəni may ayının mayın 21-i axşam saatlarında 91 yaşında vəfat edib. Teqlər : #Ayətullah Xamenei başsağlığı verib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Asiya ölkələri bir-birləri ilə daha çox əməkdaşlıq etməlidirlər - FOTO Ayətullah Xamenei 500 -dən çox məhbusu əfv etdi
Ayətullah Xamenei başsağlığı verdi: ‘Bu cinayətdə bölgə və digər ölkələrin casus şəbəkələrinin barmağı var’
Ayətullah Xameneinin iştirakı ilə Həzrət Fatimənin (s.ə) şəhadəti münasibətilə əzadarlığın ikinci gecəsi -FOTO
Ayətullah Xameneinin iştirakı ilə Fatimeyi-Zəhranın (s.ə) şəhadəti münasibətilə matəm mərasimi - FOTO
Ayətullah Xamenei:‘ABŞ həmişəki çirkin və nifrət dolu simasını bu gün də aşkar şəkildə nümayiş etdirir’ -FOTO