Bəqərə, 51. Və (yadınıza salın) o zaman(ı) ki, Musa ilə qırx gecə vədələşdik (ki, həmin müddət ərzində Tur dağında Tövratı ona vəhy edək). Həmin vaxt siz ondan (o getdikdən) sonra buzova ibadət etməyə başladınız və həmin halda zalım idiniz.

İmam Sadiq (ə) buyurur:
“Qardaşına quyu qazan özü düşər.”



Ayətullah Xamenei: Suriyaya bu gün səhər edilən hücum cinayətdir - FOTO/YENİLƏNİB

-- `ABŞ, Fransa və Britaniya rəhbərləri canidir və cinayət törədiblər`

Tarix : 14-04-2018 14:10

(İlk xəbər 12:19-da dərc olunub) 
 
İslam peyğəmbəri Həzrət Məhəmmədin (s) peyğəmbərlik missiyası üçün göndərildiyi gün – Məbəs bayramı günü hökumət rəsmiləri, müsəlman ölkələrinin səfir və nümayəndələri, eləcə də şəhid ailələrindən bir qrupu Ali Rəhbər  Ayətullah Xamenei ilə görüşdülər.
 
Maide.Az “khamenei.ir” saytına istinadən xəbər verir ki, görüşdə çıxışı zamanı Ayətullah Xamenei ABŞ və müttəfiqlərinin Suriyaya hava hücumundan danışıb. “Bu gün səhər Suriyaya baş tutan hücum cinayətdir. Mən açıq şəkildə elan edirəm ki, ABŞ prezidenti, Fransa prezidenti və  Britaniyanın baş naziri canidir və cinayət törədiblər." 
 
 Ayətullah Xamenei bildirib ki, dünən aşkar və gizlin İŞİD-i dəstəkləyənlər, bu gün iddia edirlər ki, onlarla mübarizə aparırlar və onları məğlub ediblər! Yalan danışırlar, belə bir şey yoxdur! Onların İŞİD-in məğlubiyyətində heç bir müdaxiləsi olmayıb. 
 
“ABŞ prezidenti bir neçə saat öncə etdiyi çıxışda bildirir ki, biz İŞİD-i Suriyada məğlub edə bildik. Bu açıq aşkar yalandır! Onlar lazım bildikləri zaman müdaxilə etdilər. Onlar İŞİD ünsürləri mühasirədə olduğu zaman məsələyə qoşuldular və onları nicat verdilər.. İŞİD-in yaradılmasında da onların rolu var idi”
 
Ayətullah Xamenei qeyd edib ki, ABŞ Səudiyyə və onun müttəfiqlərinin pulu ilə bu xəbis varlıqları (İŞİD-i) yaradaraq İraq və Suriya xalqının canına saldı. Müqavimət hərəkatı idi ki, ABŞ və onların əlaltılarının qarşısında dayandı və bu iki ölkəni nicat verdi.
 
"Ötən illərdə İraqda, Suriyada və Əfqanıstanda olub, buna oxşar cinayətlər törədib, heç bir şey əldə etmədikləri kimi bu hücumdan da bir şey əldə edə bilməyəcəklər"
 
Ayətullah Xamenei deyib ki, bir neçə gün öncə ABŞ prezidenti özü dedi ki, Qərbi Asiya bölgəsində - Yaxın Şərqdə 7 trilyon dollar pul xərcləyib və heçnə əldə edə bilməyib. Düz deyir, onlar heç bir şey əldə edə bilməyiblər və bundan sonra da ABŞ hər nə qədər xərcləsə, bu regiondan bir şey əldə edə bilməyəck.
 
Ayətullah Xamenei çıxışının davamında bildirib ki, bizim regionda müqavimət qruplarının yanında olmağımız tövhiddən qaynaqlanır. “Tövhidin tələbi budur ki, insan zalımın zorakılığı qarşısında məzlumun yanında dursun. Bu, tövhidin həqiqətidir. Besət (Peyğəmbərliyin peyğəmbərliyə çatması) bizə bunu xatırladır. Bizim Qərbi Asiyada müqavimət qruplarının yanında olmağımız buna görədir. Suriyada ABŞ-ın dəstəklədiyi terrorçularla mübarizə üçün iştirakımız da buna görədir. İslam Respublikasının ekspansiya etmək istəyi ilə bağlı deyilənlər boş, yalan və mənasız sözlərdir. Bizim ekspansiya etmək niyyətimiz yoxdur, buna ehtiyacımız da yoxdur. Biz Qərbi Asiya bölgəsində - Suriyada - ona görə iştirak edirik ki, orada müqavimət zülmün qarşısında  durub. Buna görədir ki, İlahi lütflə edilən yardımlar və Suriya qüvvələrinin qorxmazlığı nəticəsində müqavimət qüvvələri  ABŞ və qərb ölkələri və onların regiondakı Səudiyyəlilər kimi muzdlularının dəstəklədiyi və yaratdığı terrorçuları məğlub etdi.” 
 
Ayətullah Xamenei bildirib ki, İslamda zəlil olmaq imanın olmamağının göstəricisidir. “Bu kimi hadisələr qarşısında ayıq və diqqətli olmalıyıq. Müsəlman xalqlar və dövlətlər bundan təcrübə əldə etməlidir. Onlar İslam ümmətinə zərbə vurmaq istəyir. Hədəfdə təkcə Suriya, Əfqanıstan və ya İraq deyil. Onların hədəfi regionda olan İslamdır. İslama ziyan vurmaq istəyirlər. İslam ölkələri  bunu anlamalıdır. İslam dövlətləri ABŞ və bəzi təcavüzkar qərb ölkələrinin xidmətində olmamalıdır. ABŞ-ın məqsədlərinə xidmət etməməlidirlər. Bir müsəlman ölkəsi üçün fəxr deyil ki, ABŞ deyir biz bunlara “süd verən inək” kimi görürük. Bir dövlət üçün bundan daha artıq zəlillik ola bilməz. İslam bu zilləti qəbul etmir. Əgər mömin olsalar əziz olmalıdırlar. Bu zəlillik onu göstərir ki, onların imanı yoxdur, mömin deyillər”.
 
Ayətullah Xamenei qeyd edib ki, ABŞ prezidenti deyir ki, biz Suriyaya kimyəvi silaha görə hücum etmişik. Bu söz yalandır. “Hazırda Yəmən hər gün bombalanır, bunlar da bombardıman edənləri dəstəkləyirlər. Dünyanın müxtəlif bölgələrində müsəlmanlara qarşı təzyiqlər var. Bunlar zülm edənləri dəstəkləyir və onlara yardım edirlər. Bunlar bir xalqın əziyyət və ağrı çəkməsindən narahat olmurlar. Elə bunlar idi ki, cinayətkar Səddamı  dəstəkləyirdi və İran və İraqın minlərlə əhalisi Səddam rejimi tərəfindən kimyəvi silahlarla məhv oldu, ziyan gördü. Bunlar kimyəvi slaha qarşı deyillər, əksinə, öz hegemonçuluq məqsədlərinə görə "diktatordur" bəhanəsi ilə hücuma keçirlər. Amma özləri beynəlxalq diktatordur”.
 
 
 
 
 
 
 
 
 

 

 



Orphus system Mətndə səhv var? Onu mausla seçin və "Ctrl+Enter" düyməsini basın 

Bölmənin digər yazıları



XƏBƏR LENTİ

XƏBƏRLƏRİN ARXİVİ





Namaz vaxtları

Sübh Azanı
Günəş Çıxır
Günorta Azanı
Axşam Azanı
Gecə Yarısı
03:46
05:27
12:47
20:23
23:57
Bölgələrdə vaxt ölçüsünün Bakı ilə fərqi (dəqiqə)

Ağdam +11, Ağdaş +10, Ağsu +5, Ağcabədi +10, Ağstafa +18, Astara +4, Babək +18, Balakən +5, Beyləqan +10, Bərdə +11, Cəlilabad +6, Cəbrayıl +12, Culfa +18, Daşkəsən +15, Şabran +4, Şirvan +4, Füzul +11, Göyçay +8, Gəncə +14, Gədəbəy +16, Goranboy +12, Horadiz +10, Göygöl +14, Xaçmaz +4, İsmayıllı +6, İmişli +7, Kəlbəcər +15, Kürdəmir +6, Qax +11, Qazax +19, Qazıməmməd +4, Qəbələ +8, Quba +5, Qusar +4, Laçın +14, Lənkəran +5, Lerik +7, Masallı +5, Mərəzə +3, Mingəçevir +11, Marneuli (Tiflis) +20, Naxçıvan +18, Neftçala +3, Oğuz +11, Ordubad +16, Saatlı +6, Sabirabad +6, Salyan +4, Siyəzən +3, Sumqayıt +1, Şamaxı +6, Şahbuz +18, Şəki +12, Şəmkir +15, Şərur +18, Şuşa +13, Tərtər +12, Tovuz +16, Yardımlı +8, Yevlax +11, Ucar +8, Zaqatala +15, Zəngilan +13, Zərdab +9

|
Gün Ay İl
Miladi
Hicri

              

Həftənin günü: Julian Day:

1 Məhərrəm 7 Rəcəb
2 Səfər 8 Şaban
3 Rəbiul-əvvəl 9 Ramazan
4 Rəbiul-axır 10 Şəvval
5 Cəmadil-əvvəl 11 Zilqədə
6 Cəmadiul-axır 12 Zilhiccə

YAZARLAR

Sorğu

Saytımızda hansı mövzularda məqalələrin daha çox olmasını istərdiniz?
Əhkam
Əqaid
Quran
Əxlaq
Ailə
Həyat dərsləri
Sağlamlıq
Xəbərlər

Arxiv



XƏBƏRLƏRƏ ABUNƏ

Buradan abunə olaraq gün ərzində saytımıza yerləşdirilən məlumatları elektron poçtunuzdan oxuya bilərsiniz





SOSİAL MEDİA





Saytın Xəritəsi

Saytımızı tam şəkildə izləmək üçün GoogleCrome10+, Opera 9+,Yandex brazerlərindən istifadə edin.

20-07-2018 10:00