Bəqərə, 68. Dedilər: «Bizə görə Rəbbini çağır, o dişi inəyin necəliyini (və onun neçə yaşında olmalı olduğunu) bizə aydınlaşdırsın?» Dedi: «O deyir ki, həmin dişi inək nə işdən düşmüş qoca, nə də heç işləməmiş cavandır, bunların ikisinin arasındadır. Odur ki, sizə əmr olunanı yerinə yetirin!»

İmam Həsən (ə) buyurur:
“Kərəm odur ki, sənə ağız açılmamış əta edəsən.”



Ayətullah Xameneinin general Süleymaninin məktubuna cavabı: Bəşəriyyətə böyük xidmət göstərmisiziniz

-- İŞİD-in məğlubiyyəti təkcə bu terror qruplaşmasının məğlubiyyəti deyil, həmdə ...

Tarix : 21-11-2017 22:55

İŞİD-in məğlubiyyəti təkcə bu terror qruplaşmasının məğlubiyyəti deyil, həmdə Qərbi Asiya bölgəsində öz nüfuz dairəsini genişləndirmək və qəsbkar sionist rejimini bu bölgəyə dominant təyin etmək  üçün bu terror qruplaşmasını yaradan, onlara hər cür dəstək olan  Amerikanın sabiq və hazırkı dövlətlərinə  və onların regiondakı əlaltısı olan rejimlərə böyük zərbə idi. 
 
Maide.Az "Leader.ir" saytına istinadən xəbər verir ki, bunu  Ali Rəhbər  Ayətullah Seyid Əli Xamenei İran İslam İnqilabı Keşikçilər Ordusunun (Sepah) Qüds briqadasının generalı Qasim Süleymani ona İraq və Suriyada İŞİD-in məhv edilməsini rəsmən bəyan edilməsinə dair ünvanladığı məktubun cavabında deyib.
 
Ayətullah Xamenei bu önəmli addımı atdıqlarına görə general Qasim Süleymani və silahdaşlarına təşəkkürünü bildirib və deyib "Sizin bu addımınız bölgədə vətəndaş müharibəsi yaradılmasına,  sionistlərə qarşı müqavimətin məhvi və dövlətlərin zəifləməsinə yönəlik bu çirkin siyasətə daha ağır zərbə vurdu. Sizin bu addımınız Qərbi Asiya bölgəsində  öz nüfuz dairəsini genişləndirmək və qəsbkar sionist rejimini bu bölgəyə dominant təyin etmək  üçün bu terror qruplaşmasını yaradan, onlara hər cür dəstək olan  Amerika hökumətinə  və onların regiondakı əlaltısı olan rejimlərə böyük zərbə idi."
 
Ali Rəhbər məktubun davamında qeyd edib ki,  siz  bu ölümcül xərçəng kütləsini (İŞİD terror qruplaşmasını) dağıtmaqla  təkcə region ölkələri və İslam dünyasına deyil,  bütün xalqlar və bəşəriyyətə böyük xidmət göstərmisiziniz. Bu ilahi yardımın və  “ Sən (onlara tərəf ox və daş) atan zaman, sən atmadın, Allah atdı (düşməni məğlub etdi).. “ (ənfal surəsi, 17-ci ayə) ayəsinin misdaqıdır. Və bu  sizin və sizin silahdaşlarınızın gecə-gündüz etdiyiniz cihadın mükafatıdır. 
 
Sonda Ayətullah Xamenei qeyd edib ki,  təkidlə vurğulayıram ki, düşmənin hiyləsindən qəflətdə olmayın. “Ağır investisiya yatıraraq bu çirkin planı hazırlayanlar sakit oturmayacaq. Onlar çalışacaq bu regionin  digər bölgəsində başqa bir formada yenidən hərəkətə keçsin. Təşəbbüsün qorunması, həssaslıq, birliyin qorunması, təhlükəli tullantıların məhvi, mədəni işin aparılması, bəsirət və qısası hərtərəfli hazırlıq lazımdır."
 
Qeyd edək ki,  İran İslam İnqilabı Keşikçilər Ordusunun (Sepah) Qüds briqadasının generalı Qasim Süleymani bu gün səhər Ali Rəhbər Ayətullah Xameniyə məktub yazraq İraq və Suriyada İŞİD-in məhv edilməsini elan etdi və  bu böyük qələbəni  Ayətullah Xameniyə və İslam dünyasına təbrik dedi.
 
Q.Süleymaninin məktubunun xülasəsi ilə burdan tanış ola bilərsiz. 


Orphus system Mətndə səhv var? Onu mausla seçin və "Ctrl+Enter" düyməsini basın 

Bölmənin digər yazıları



XƏBƏR LENTİ

XƏBƏRLƏRİN ARXİVİ





Namaz vaxtları

Sübh Azanı
Günəş Çıxır
Günorta Azanı
Axşam Azanı
Gecə Yarısı
03:42
05:20
12:37
20:10
23:47
Bölgələrdə vaxt ölçüsünün Bakı ilə fərqi (dəqiqə)

Ağdam +11, Ağdaş +10, Ağsu +5, Ağcabədi +10, Ağstafa +18, Astara +4, Babək +18, Balakən +5, Beyləqan +10, Bərdə +11, Cəlilabad +6, Cəbrayıl +12, Culfa +18, Daşkəsən +15, Şabran +4, Şirvan +4, Füzul +11, Göyçay +8, Gəncə +14, Gədəbəy +16, Goranboy +12, Horadiz +10, Göygöl +14, Xaçmaz +4, İsmayıllı +6, İmişli +7, Kəlbəcər +15, Kürdəmir +6, Qax +11, Qazax +19, Qazıməmməd +4, Qəbələ +8, Quba +5, Qusar +4, Laçın +14, Lənkəran +5, Lerik +7, Masallı +5, Mərəzə +3, Mingəçevir +11, Marneuli (Tiflis) +20, Naxçıvan +18, Neftçala +3, Oğuz +11, Ordubad +16, Saatlı +6, Sabirabad +6, Salyan +4, Siyəzən +3, Sumqayıt +1, Şamaxı +6, Şahbuz +18, Şəki +12, Şəmkir +15, Şərur +18, Şuşa +13, Tərtər +12, Tovuz +16, Yardımlı +8, Yevlax +11, Ucar +8, Zaqatala +15, Zəngilan +13, Zərdab +9

|
Gün Ay İl
Miladi
Hicri

              

Həftənin günü: Julian Day:

1 Məhərrəm 7 Rəcəb
2 Səfər 8 Şaban
3 Rəbiul-əvvəl 9 Ramazan
4 Rəbiul-axır 10 Şəvval
5 Cəmadil-əvvəl 11 Zilqədə
6 Cəmadiul-axır 12 Zilhiccə

YAZARLAR

Sorğu

Saytımızda hansı mövzularda məqalələrin daha çox olmasını istərdiniz?
Əhkam
Əqaid
Quran
Əxlaq
Ailə
Həyat dərsləri
Sağlamlıq
Xəbərlər

Arxiv



XƏBƏRLƏRƏ ABUNƏ

Buradan abunə olaraq gün ərzində saytımıza yerləşdirilən məlumatları elektron poçtunuzdan oxuya bilərsiniz





SOSİAL MEDİA





Saytın Xəritəsi

Saytımızı tam şəkildə izləmək üçün GoogleCrome10+, Opera 9+,Yandex brazerlərindən istifadə edin.

20-05-2018 20:52