AYƏTULLAHÜL-ÜZMA BEHCƏTİN HƏYATI

AYƏTULLAHÜL-ÜZMA BEHCƏTİN HƏYATI

Möminlərin nəzərinə çatdırmaq istəyirik ki, Allah-təala hər zaman, elə bizim dövrümüzdə də bəzən bəndələrə xüsusi məhəbbət göstərir. “Hər kəs haqq yolunda sadiq olsa, Allah onu hidayət edər.”

Təkamül və insaniyyət yolu bəndələr üçün həmişə açıqdır. Əgər insan zəhmət çəksə, indiki zamanımızda da İmam Zamanın (ə) diqqəti sayəsində Allaha doğru gedən yolun sadiq yolçusuna çevrilər və kamil məqama çatar. Həqiqətən, bunlar bizə ümid verir və imanımızı təkamülə doğru sövq etdirir. Dediklərimiz əfsanə olmayıb, sübuta yetmiş eyni həqiqətlərdir. Bu həqiqətləri dərk edərək qəlblərimizi dünya bağlılıqlarından azad edə bilsək, mənəvi ləzzətlərin maddi ləzzətlərdən qat-qat üstün olduğunu daha yaxşı   başa düşərik. Təəssüflər olsun ki, bir tərəfdən mərifət və iman zəifliyi, digər tərəfdən də batini və zahiri şeytani amillərin hücumu üstünlük təşkil etdiyinə görə belə qiymətli xalis incilərə az diqqət edilir. Burada biz o böyük şəxsiyyətlərdən biri ilə yaxından tanış olacağıq.

Google+ WhatsApp