Ayətullah Nuri Həmədani də Səudiyyə Ərəbistanı rejiminə sərt xəbərdarlıq etdi

Maide.az-ın məlumatına görə, müsəlmanların mərceyi-təqlidlərindən olan  Ayətullah Nuri Həmədani Səudiyyə Ərəbistanında şiələrə olunan təzyiqlərlə bağlı sərt bəyanat yayıb. Bəyanatda bildirilir:
 
"Alimlər və Dini Elmi Mərkəzlər tanınmış alim Ayətullah Şeyx Nəmrə qarşı çıxarılmış edam hökmünü sərt tənqid edir və onun barəsində verilmiş bu hökmə səbr, dözümlülük nümayiş etdirməyəcək.
Biz Səud rejiminin rəhbərliyinə xəbərdarlıq edirik: Bu kimi hərəkətlər dünyanın hər yerində yaşayan Əhli-beyt tərəfdarı və şiələrin hisslərinə toxunur və bunun yaxşı nəticələri olmaya bilər.
Səud rejimin muzdurları Əhsa və Qətif bölgələrində yaşayan şiələrə qarşı vəhşicəsinə davranırlar. Onların alimləri dini mərasimləri yerinə yetirdiklərinə görə həbs olunurlar. Bundan da dəhşətlisi odur ki, məntəqənin tanınmış alimi Şeyx Nəmrin edam ediləcəyi bildirilir.
 
Biz təəccüb edirik, beynəlxalq insan haqları təşkilatları nə üçün belə məqamlarda zülm edən hakimiyyətlərin yanında olub, susurlar. Amma onların maraq dairəsində olan ölkələrdə bir şey baş verəndə dünyaya səs salırlar.”
Qeyd edək ki, ötən gün  müsəlmanların mərceyi-təqlidlərindən olan  Ayətullah Məkraim Şirazi də  Səudiyyə Ərəbistanında şiələrə olunan təzyiqlərlə bağlı sərt bəyanat yayımlamışdı. 

Google+ WhatsApp ok.ru