Ayətullah Sistaninin yeni millət vəkillərindən istəyi

Ayətullah Sistani millət vəkillərini əksəriyyətin qəbul edəcəyi milli hökumət qurmağa çağırıb

İslamazeri.az-ın "Rasthaber"-ə istinadən verdiyi xəbərə görə, İslam aləminin nüfuzlu təqlid mərcəsi Seyid Əli Sistaninin Kərbəla şəhərindəki nümayəndəsi Əbdülmehdi Kərbəlayi cümə xütbəsi zamanı onun istəyini çatdırıb.
 
Əbdülmehdi Kərbəlayi bildirib ki, Seyid Əli Sistani millət vəkillərindən konstitusiya çərçivəsində əksəriyyətin qəbul edəcəyi milli hökumət qurmalarını istəyib.
 
"Mövcud təhdidlərlə mübarizə və ölkə daxilində sülhü təmin etmək üçün şəxsi, tayfaçılıq və digər mənfəətləri kənara qoyub milli məsələlər önə plana çıxardılmalıdır. Siyasi hədəflər üçün mövcud vəziyyətdən sui-istifadə edilməməlidir. Xalqı parçalayacaq və vəziyyəti daha da çıxılmaz hala gətirəcək sərt ifadələrdən siyasətçilər çəkinməlidir." - deyə xətib əlavə edib.

Google+ WhatsApp ok.ru