Ayətullah Xamenei: Amerika və İngilis Qəzzədə körpələrin öldürülməsini açıq şəkildə dəstəkləyir

İran İslam İnqilabının Ali rəhbəri Ayətullah Əli Xamenei Qəzzada baş verən cinayətlərin bir-başa ABŞ və İngilisin dəstəyi ilə baş verdiyini bildirib.
Ayətullah Xamenei deyib ki, onlar (Qərb ölkələri) bəzi vaxtlar dünyanın bir guşəsində bir heyvanın ölməsi ilə bağlı elə səs-küy salırlar, amma Qəzzaya son hücum və orada əksəriyyəti məsum və məzlum uşaqlar olan 100-dən çox insanın öldürülməsinin onlar üçün heç bir önəmi yoxdur.
Ayətullah Əli Xamenei, ötən axşam vilayət günəşinin ikinci nuru İmam Həsənin (ə) mövludu münasibəti ilə şairlər və mədəniyyət işçiləri ilə görüşündə, “Amerika və İngilis Qəzzədə körpələrin öldürülməsini açıq şəkildə dəstəkləyirlər”, - deyə bildirib.
 

Google+ WhatsApp ok.ru