Ayətullah Xamenei: İslami dövlətlər və xalqlar ixtilaflardan əl çəkib birləşməlidir

İslam İnqilabının Ali Rəhbəri Qəzzə zolağında təəssüfləndirici hadisələrlə bağlı İran Prezidenti və hökumətin mövqeyini alqışlayıb.
Maide.az-ın İranın Mehr xəbər agentliyinə istinadən məlumatına görə,  İran İslam İnqilabının Ali Rəhbəri   Ayəullah Əli Xamenei ötən gün (bazar ertəsi) Prezident və dövlət kabineti üzvləri ilə görüşüb.
Görüşdə çıxış edən Ayətullah Xamenei Qəzzədə baş verən kədərləndirici hadisələr və fələstinli uşaq və qadınların qəddarcasına qırğın eilməsi məsələsi ilə bağlı bildirib ki, Qəzzə məsələsi həqiqətən də müsibətli məsələdir  və Sionist rejim İslam dünyasının qəflətindən sui-istifadə edərək bu böyük falakətləri həyata keçirir.
Ayətullah Xamenei buyurub: Qəzzə xalqının qəsbkar sionistlər tərəfindən qırğın edilməsi, islam hökumətləri və xalqlarına ibrət dərsi olmalıdır, beləki onlar ixtilaflardan əl çəkib birləşməlidirlər.
Ayətullah Xamenei həmçinin Nəhcülbəlağənin məzmunlu və yüksək maariflərindən bir neçə əxlaqi mövzulara toxunaraq buyurublar: Həzrət Əli(əs) pis rəftarlar və xüsusiyyətlərdən çəkinmənin yeganə yolunu, İnsanın Allah ilə əməli və mənəvi, həm də ürək yolu ilə əlaqə qurmaqla öz nəfsinə malik olmaqda bilir.
İslam İnqilabının Ali Rəhbəri  Quran-i Kərimin tam diqqət və fikirlə tilavətini və mübarək ramazan ayı fürstəindən bəhrələnməyi və bu aya aid olan əməllərin yerinə yetirilməsini mütaal Allah ilə əlaqə yaratmaq və öz nəfsinə hakim olmanın yolu kimi vurğulayıb.

Google+ WhatsApp ok.ru