Ayətullah Məkarim Şirazi: Sionist rejimə qarşı etirazlar davam etməlidir

Maide.az-ın "Shafaqna"-ya istinadən verdiyi xəbərə görə, tanınmış müctəhidlərdən olan Ayətullah Məkarim Şirazi işğalçı İsrail rejimin hücumları barədə bəyanat yayıb.
 
Bəyanatda bildirilir ki, ABŞ və bəzi ərəb ölkələrinin susqunluğuna baxmayaraq, dünyada işğalçı sionist rejiminə qarşı etirazların kəskinləşdiyi və artdığı bildirilib. Qəzzada mülki əhalinin və xüsusən uşaqların qətliamı dünya xalqları tərəfindən qınandığı qeyd edilib.
 
Ayətullah Şirazi vəhşi hücumların İsrailin və ABŞ başda olmaqla onları dəstəkləyənlərin hədəflərini aşkara çıxardığını deyib və bunu onlar üçün ləkə adlandırıb.
 
O, dünyada sionist rejimə qarşı etirazların davam etməsinin zəruri olduğunu vurğulayıb./islamazeri.az
 

Google+ WhatsApp ok.ru