Ayətullah Xamenei: Yeganə çıxış yolu, sionist rejimin məhv edilməsidir

İranın Ali Lideri Ayətullah Xamenei ötən gün İran Universitetlərinin tələbələri ilə görüşüb. Görüşdə çıxışı zamanı Qəzzada baş verən cinayətlər haqqında danışıb.

Maide.az-ın Mehr xəbər agentliyinə istinadən məlumatına görə, “Bu gün sionist rejim tərəfindən Qəzzada törədilən təsəvvür olunmaz cinayətlər, yırtıcı və uşaq öldürən sionist rejiminin zatı sifətidir. Sionist rejiminin cinayətlərindən xilas olmağın yeganə yolu bu rejimi məhv etməkdir. İsrail rejimi aradan gedənə qədər fələstinlilər bu rejimə qarşı qətiyyətlə silahlı müqaviməti davam etdirməlidirlər"

Ali Lider Ayətullah Xamenei deyib ki, İsrail rejimi ilə mübarizə aparmaq üçün fələstinlilər silahlı müqaviməti İordan çayının qərb sahillərinədək genişləndirməlidirlər.

Ayətullah Xamenei bildirib ki, "Qəzzanın məzlum xalqına qarşı törədilən cinayətlər və zorakılıqlar ABŞ və Qərbin vicdansızcasına sionist rejimini müdafiəetmə siyasətinin göstəricisidir. "Məhz bu siyasətin nəticəsidir ki, qondarma və qeyri-legitim olan sionist İsrail rejimi özünün 66 il mövcudiyyət müddətində Qəzzaya qarşı törətdiyi cinayətlərini fəxrlə və açıq-aşkar zorakılıqla icra edir"

Ayətullah Xamenei sionist rejimini vəhşi adlandırıb və deyib ki, ABŞ və Qərb ölkələrinin sionistlərin cinayətlərini utanmadan müdafiə etməsi  bizlər üçün Qərb ölkələrini tanımaq üçün önəmli bir təcrübə olmaldır və anlamalıyıq ki, Amerikanın həqiqəti elə budur.

Ayətullah Xamenei bildirib ki, necə ki, İmam Xumeyini (rə) buyururdu, İsrail məhv olmalıdır. “Bu yeganə çıxış yoludur. Bunun mənası bu deyil ki, regiondakı yəhudi xalqlar məhv olmalıdır. Bəlkə bunun üçün məntiqli və əməl oluna biləcək bir çıxış yolu var ki, İran İslam Respublikası beynəlxalq qurumlara onu təqdim edib”,-deyə Ayətullah Xamenei bildirib.

Ayətullah Xamenei əlavə edib ki, İranın təqdim etdiyi çıxış yoluna əsasən bölgədə yaşayan xalqlar öz istəkləri ilə və müstəqil referendum  keçirməli və xalq öz istədikləri hökuməti qurmalıdır və bu yolla qəsbkar və yalancı rejim məhv olacaq. “Əlbətdə Allahın yardımı ilə cinayətkar rejim məhv olunana qədər, güclü və silahlı müqavimət bu dağıdıcı rejimin məhvi üçün çıxış yoludur”, -deyə Ayətullah Xamenei bildirib.

Ayətullah Xamenei əlavə edib ki,  düşünməyin ki, əgər Qəzzadan raketlər atılmasa sionist rejim öz cinayətlərindən əl çəkəcək, yox. Ona görə ki, İordan çayının Qərb sahillərində fələstinlilərin raket və tüfəngi yoxdur, xalq yalnız daşla öz torpaqlarını qoruyur lakin bu rejim orda xalqı qətliam edir və alçaldır.

Ayətullah Xamenei sionistlərin hazırda atəşkəs bərpa etmək üçün çabalamalarının səbəbini onların Fələstinlilərin güclü müqavimətinin qarşısında acizliyindən olduğunu bildirib və deyib ki, bu onu göstərir ki, güc dili sionist rejimin analyacağı yeganə dildir. /

Google+ WhatsApp ok.ru