Ayətullah Xamenei müsəlman dövlətlərini birləşərək Qəzzaya yardıma çağırıb (FOTO-Video)

Bu gün İranın paytaxtı Tehranda İslam İnqilabının rəhbəri Ali Lider Ayətullah Seyyid Əli Xameneinin imaməti ilə möhtəşəm Fitr bayramı namazı qılınıb. 
 
Maide.az-ın İranın Fars agentliyinə istinadən məlumatına görə,Ayətullah Xamenei Fitr namazının birinci xütbəsində bayram münasibəti ilə bütün müsəlmanları təbrik edib. “Ramazan ayında Quran məclislərinin keçirilməsi, Qədr gecələrində insanların dua-istiğfar naələləri, xalqların Qüds günündə əzəmətli nümayişləri Allahın bərəkət və rəhməti üçün zəmin yaradır”, -deyə Ayətullah Xamenei bildirib.  Maide.az-ın İranın Fars agentliyinə istinadən məlumatına görə, Ayətullah Xamenei insanlara Ramazan ayında əldə etdikləri mənəvi üstünlükləri qoruyub saxlamağa çağırıb.
 
O, İranın müxtəlif şəhər və bölgələrində küçələrdə sadə iftar süfrələrinin təşkilini gözəl bir ənənə olduğunu vurğulayıb və bu kimi işlərin islami həyat tərzinin formalaşmasında təsirindən danışıb. İranın Ali Lideri bu il  Qüds gününün  əzəmətli keçirilməsini, xüsusi ilə anaların körpə uşaqları ilə birlikdə  yürüşlərdə iştirak etəməsini alqışlayıb. 
 
Ayətullah Xamenei bayram namazının ikinci xütbəsində Qəzzada baş verən hadisələrdən danışııb: “Qəzza məsələsi bu gün islam dünyasının və insanlıq dünyasının ən önəmli məsələlərindəndir. Sionist rejim adında yırtıcı bir canavar Qəzzada bu gün böyük faciə törədir və gərək insanlıq bu qan içən və kafir rejimin cinayətləri qarşsında dayansın”. O, Qəzza məsələsində sionist rejimi və onları dəstəkləyənlərin cinayətlərinin pislənməsi,  cinayət törədənlərin cəzalandırılmasının, Qəzza xalqının misilsiz müqavimətinin dəyərləndirilməsinin,  Fələstin xalqınn təchiz və gücləndirilməsinin vacibliyini vurğulayıb. 
 
Ali lider sionist rejim başçılarının Qəzzada törətdiyi cinayətləri soyqırım və böyük tarixi faciə adlandırıb. “Həm cinayətkarlar və həm onları dəstəkləyən dünya  hegemonları mühakimə olunmalı və cəzalanmalıdır. Bu cinayətkarlar iş başında olsalarda, olmasalarda gərək törətdikləri əmələ görə cavab versinlər”, -deyə Ayətullah Xamenei bildirib. O, deyib ki, sionist rejimi və onu dəstəkləyən Amerikalı və Avropalı cinayətlarkar Qəzza xalqını atəşkəslə razılaşmağa məcbur edir. “Təcavüzkar düşmən indi gördüyü işdən it kimi peşimandır və atəşkəs elan etmək istəyir və bu müqavimətin qələbəsinin göstəricisidir. Elə buna görə sionist rejimin cinayətlərini dəstəkləyənlər Qəzza xaqlını atəşkəsə məcbur etməklə bu rejimi nicat verməyə çalışırlar. Hegemon dövlətlər və onların başında ABŞ prezidenti  Həmas və Fələstin İslami Müqaviməti tərk-silah etmək istəyir, bununla sionist rejim istədiyi zaman Fələstinə hücum edərək xalqı əzəcək, fələstinlilər isə özlərini müdafiə edə biməyəcək". 
 
Sonda Ayətullah Xamenei müsəlman dövlətləri əl-ələ verib uşaq qatili olan sionist rejimi dəstəkləyənlərin qarşısında Qəzza xalqına yardım etməyə çağırıb: "Bütün dünya o cümlədən islam dünyası bacardıqları qədər Fələstin xalqını təchiz etməyə borculudrlar". 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru