Ayətullah Sistani İraqdakı vəziyyətlə bağlı yeni çağırış etdi

Ayətullah Sistani bütün İraq xalqını İŞİD terror qruplaşması qarşısında vəhdətə gələrək, ölkədə milli bir hökumətin qurulmasının gərəkdiyini bildirib. Bu barədə Ayətullah Seyyid Əli Sistaninin Kərbəla təmsilçisi Abdulhəmdi Kərbəlayi bildirib.
 
Deyerler.org-un Yaxın Şərq KİV-lərinə istinadən verdiyi xəbərə görə, Ayətullah Sistani İŞİD-in İraqda bu qədər irəliləməsinin bəzi siyasətçilərin şəxsi mənfəət dalınca olmasından qaynaqlandığını ifadə edib. O, məqama bağlanmağın böyük xəta olduğunu ifadə edib.
 
Ayətullah Sistaninin təmsilçisi iraqlı siyasətçilərə səslənərək onları şəxsi mənfəətlərini kənara qoymağa və bütün təbəqələri əhatə edən bir hökumət qurulmasına çağırıb.

Google+ WhatsApp ok.ru