Ayətullah Sistani şeyx Ən-Nəmrin edamı ilə bağlı müraciət edib

İraqın tanınmış din alimi Ayətullah Sistani bu ölkə prezidenti Fuad Məsuma müraciət edib. O, prezidentdən, Səudiyyə Ərəbistanında barəsində edam hökmü çıxarılmış Ayətullah Ən-Nəmrin haqqında qərarın ləğv edilməsi ilə bağlı səylərin artırılmasını istəyib.
FaktXeber.com-un “Sotul-Mənamə” saytına istinadən verdiyi məlumata görə, İraq prezidenti Ayətullah Sistaninin müarcitinə cavab olaraq yazdığı məktubda bu istiqamətdə bütün lazımı olan addımlardan istifadə olunacağını açıqlayıb.
 
Xatırladaq ki, Səudiyyə Ərəbistanı rejiminə müxalif olan şiə alimi Ayətullah Ən-Nəmr 2012-ci ildə bu ölkənin təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib. Rejim qüvvələri onun avtomobilinə hücum çəkərək maşınını qülləbaran etmişdi. 4 güllə yarası alan alim əvvəl Zəhran hospitalına daha sonra isə Əl-Hair zindanına köçürülmüşdü. 2 il sürən həbsdən sonra Səudiyyə Ərəbistanı məhkəməsi onun barəsində edam hökmü çıxarıb.

Google+ WhatsApp ok.ru