Ayətullah Sistani Ayətullah Xameneyinin görüşünə xüsusi nümayəndəsini göndərib

Ayətullah Sistani prostat əməliyyatı olan İslam İnqilabının rəhbəri Ayətullah Xameneyinin sağlamlığı haqqında məlumat almaq və keçmiş olsun istəklərini çatdırmaq üçün tam səlahiyyətli vəkili Seyid Cavad Şəhristanini xəstəxanaya göndərib.
 
Vəziyyətinin yaxşı olduğunu söyləyən Ayətullah Xameneyi "Ayətullah Sistaniyə mənim də salamımı çatdırın. Uca Allah onu İslam və müsəlmanlar üçün qorusun" deyərək, Ayətullah Sistaninin sağlamlığı üçün dua edib.

Google+ WhatsApp ok.ru