Ayətullah Sistani Yezidi nümayəndə heyətini qəbul edib

Ayətullah Sistani ilə görüşən iraqlı Yezilərin nümayəndələri alimin sözlərinin onlara dinclik verdiyini söyləyiblər. Ziyarət əsnasında İraqda baş verən son hadisələrdə İŞİD terror təşkilatı tərəfindən üç mindən çox Yezidinin öldürüldüyü, 400 min adamın da yurdlarından çıxarıldığı, 500-ü qadın olmaqla beş min nəfərin də əsir götürüldüyü bildirilib.
 
Maide.az-ın məlumatına görə, görüşdən sonra yezidilər belə deyiblər: "Biz insanlığın zirvəsində bir insanla görüşdük. Onun hər sözü içimizə vəsf edə bilməyəcəyimiz bir dinclik və etibar verdi."
 
Yezidilərin nümayəndəsi olan Saib Xıdır Naif İraq və dünya daxilində Yezidilərin əmri və eyni zamanda alimlər şurasının başçısı olan Mir Tahsin Əliyə dəstəyinə görə Ayətullah Sistaniyə təşəkkürünü də çatdırdıqlarını bildirib: "Ayətullah Sistani ilk günlərdən bəri bizim çəkdiyimiz çətinlikləri səmimi olaraq paylaşmış insaniyyətin zirvəsində bir şəxsiyyətdir. Hazırda qaçqın vəziyyətinə düşmüş minlərlə Yezidinin yanında olduğunu söylədi. Biz də ondan dəstək istədik. Onun bu sözünü çox əhəmiyyət verirəm, belə dedi: "Hər bir Yezidi bizim üçün bir əmanətdir və əmanət müqəddəsdir." Onun bu sözü bizə böyük bir rahatlıq verdi. Xristian, Yezidi və Müsəlmana bir-birindən fərqli münasibət göstərilmədiyi bir ölkədə yaşadığımızı hiss etdik."

Google+ WhatsApp ok.ru