Ayətullah Rəfsəncani: Şəhidlər İslam mədəniyyətinin təməl daşlarıdır

`Onların vəsiyyətnamələri yeni nəsil üçün üfüq və yol göstəricidir`

Ayətullah Haşimi Rəfsəncani şəhidləri cəmiyyətin dini dəyərləri uğrundakı fədakarlıq mədəniyyətinin təməl daşları olaraq xarakterizə edib və belə deyib: "Onlar canlarını fəda edərək, cəmiyyətdə cihad və şahidlik mədəniyyətinin təməlini qoyublar."
 
Maide.az-ın məlumatına görə, Ayətullah Rəfsəncani şəhidlər barədə belə danışıb: "Şəhidləri xatırlamaq və onların xatirələrini canlı saxlamaq, uğrunda fəda olduqları dəyərlərin yaşadılması mənasını verir. Onların vəsiyyətnamələri yeni nəsil üçün üfüq və yol göstəricidir. Çünki bu vəsiyyətlər hər cür siyasət oyunundan uzaq ən saf və qəlb duyğular ilə qələmə alınmışdır. Yeni nəsil şəhidlərin mübarizəsini oxuduqda və onları anladıqda mənəvi dəyərlərinə daha möhkəm bağlanar, onları qorumaq üçün əlindən gələni edir. Bu vəsiyyətlərdə şəhidlərimizin mürtəce zehniyyət içindəki düşmənlərə qarşı nə şəkildə mübarizə verdikləri yazılıb."

Google+ WhatsApp ok.ru