Ayətullah Xamenei: İran İraqa heç bir köməyi əsirgəməyəcək

Dünya müsəlmanlarının rəhbəri Ayətullah Seyid Əli Xamenei bölgədəki mövcud vəziyyətin bəzi ölkələrin Suriya mövzusundakı məsuliyyətsiz siyasətlərinin bir nəticəsi olduğunu söyləyib.
 
Maide.az-ın məlumatına görə, İraq baş naziri Heydər el-İbadini qəbul edən Ayətullah Xamenei, "İraq da daxil olmaqla bölgədəki mövcud durum, bölgə xarici güclərlə bəzi bölgə ölkələrinin Suriyadakı məsuliyyətsiz siyasətlərinin bir nəticəsidir. Biz İraq hökuməti ilə gənclərinin terrorizmə qarşı qalib gələ biləcəyinə və xaricilərin hərbi varlığına ehtiyacının olmadığına inanırıq", - deyib.
 
İraq baş naziri Heydər əl-İbadi hökumətini də eynilə digər İraq hökumətlərini olduğu kimi dəstəkləyəcəklərini deyən Ali Lider Ayətullah Xamenei İraq barədə əsas qayğılarının təhlükəsizlik olduğunu vurğulayıb və "hazırda bölgədəki şərtlər bölgə ölkələrinin təhlükəsizliklərinin bir-birindən ayrı düşməsinə imkan verməməkdədir. İran bir qardaş və qonşu ölkə olan İraqın təhlükəsizliyini öz təhlükəsizliyi olaraq görməkdədir" söyləyib.

Google+ WhatsApp ok.ru