Ayətullah Şirazi müsəlmanları tolerant olmağa çağırdı

İslamın böyük alimlərindən olan Ayətullah Məkarim Şirazi Məhərrəm ayının gəlişi ilə əlaqədar İmam Hüseyn (ə)-a əzadarlıq edən insanları müsəlmanlar arasında mübahisə yaradacaq, İslam düşmənlərini sevindirəcək sözlərdən və hərəkətlərdən çəkinməyə çağırıb.
Maide.az-ın məlumatına görə, Ayətullah Şirazi bildirib ki,  "Aşura mərasimi bu il ötən illərə nisbətən daha təntənəli və geniş keçiriləcək.Gənc əzadarlar siyasi və dini mübahisələrin əzadarlığa mane olmasına imkan verməsin  və digər islam məzhəblərinə qarşı hörmətsiz əməllərdən çəkinsin.Hazırki yaranmış vəziyyətdə, əsas məsələ dini zəmində qarşıdurmalardan çəkinməkdir, çünki belə hadisələrin nəticəsində  ilk növbədə şiə-müsəlmanlar zərər görür, dünyanın hər yerində İslam düşmənləri isə bundan faydalanırlar ". //

 

Google+ WhatsApp ok.ru