Ayətullah Sistani hökümətə: Sünni qruplara yardım edin!

İraqın ən böyük dini lideri olan Ayətullah Seyid Sistani İraq hökümətinə müraciət edib

İslamazeri.az-ın reuters-ə istinadən verdiyi xəbərə görə, böyük mərcəi təqlid müctehidi Ayətullah Sistani 220 sünni əşirət üzvünün İŞİD tərəfindən öldürülməsinə reaksiya verərək hökümətə bütün sünni qrup və əşirətlərə dəstək verməyə çağırıb.

Bu açıqlama bu gün Ayətullah Sistaninin Kərbəladakı təmsilçisi və Kərbəlanın İmam Cüməsi Əbdülməhdi Kərbəlai tərəfindən edilib.

O Ayətullah Sistaninin açıqlamasını çatdıraraq "İraq hökümətinin vəzifəsi terrorçulara qarşı mübarizə edən bütün qruplara ən qısa zamanda yardım etməkdir" deyib.

Qeyd edək ki, İŞİD əleyhdarlarının Əl Ənbarda məzarlığı tapılıb./

 

Google+ WhatsApp ok.ru