Ayətullah Nimrin necə edam ediləcəyi açıqlandı!

İŞİD terror təşkilatının Orta Şərqdə reallaşdırdığı edamların oxşarını da Səudiyyə Ərəbistanı həyata keçirəcək. Maide.az xəbər verir ki, Ərəbistanda barəsində ölüm cəzası çıxarılan Ayətullah Şeyx Nimrin cəzasının boyunun qılıncla vurularaq reallaşdırılmasına qərarı açıqlanıb.
 
Ərəbistan xüsusi cəza məhkəməsindəki hakimlər Şeyx Nimrin başının qılıncla vurularaq edam edilməsi mövzusunda səs veriblər. Qərara görə, əvvəl Şeyx Nimrin boyunu vurulacaq, daha sonra da ictimai yerdə bədəni nümayiş etdiriləcək.
 
Cəzanın açıqlanmasından sonra yüzlərlə adam meydanlara çıxaraq, etiraz aksiyası keçiriblər.
 
Qeyd edək ki, Şeyx Nimr ərəbistanlı şiə gənclər arasında, xüsusilə də neft bölgəsi olan yerlərdə xalq arasında ən nüfuzlu və söz sahibi olan alimdir.

Google+ WhatsApp ok.ru