Ayətullah Nuri Həmədani: Şiə, sünni hamımız ABŞ və sionizmə qarşı birlik olmalıyıq

Ayətullah Hüseyn Nuri Həmədani şiə və sünni müsəlmanların Amerika və işğalçı İsrail rejiminə qarşı bir olmalarının vacibliyini söyləyib. Maide.az xəbər verir ki, Suriyadan gələn üləma nümayəndə heyətini qəbul edən Ayətullah Nuri Həmədani Suriya milləti və dövlətinin müqavimət meydanında böyük bir yol yaratdığını bildirib.
 
Ayətullah Nuri Həmədani, "heç kəs Suriyanın Amerika, işğalçı İsrail və tərəfdaşlarına qarşı bu qədər şanlı müqavimət göstərəcəyini təsəvvür belə etmirdi. Çünki inanmırdılar daha çox birlik olacağına. Sünni və şiə alimləri ildə bir neçə dəfə bir araya gələrək, müşavirələr keçirməsi lazımdır. Bu gün şiə və sünni müsəlmanların Amerika, sionist İsrail və tərəfdaşlarına qarşı birlik olmaları lazımdır", - deyə bildirib.

Google+ WhatsApp ok.ru