Ayətullah Zəncani: `Ərbəin şiənin əzəmətini göstərir`

Ayətullah Zəncani yaxınlaşan Ərbəin günü münasibətilə Kərbəlaya doğru gedən zəvvarları görəndə çox təsirləndiyini söyləyib və əlavə edib: Kaş fiziki baxımdan gedəcək gücüm olsaydı, mən də bu yürüşdə iştirak edərdim.
 
Maide.az xəbər verir ki, Əhli-beytin və xüsusilə də İmam Hüseynin (ə)səfərinin fəziləti haqqında bir çox rəvayətin gəldiyini qeyd edən Ayətullah Zəncani belə danışıb: "Bir çox rəvayətə görə, İmam Hüseynin (ə) ziyarəti qəbul edilmiş bir ümrə kimi və ya daha mərhəmətlidir. Vəziyyət belə olduğu halda, necə olur ki, bəziləri çıxıb, "İmam Hüseynin (ə) qəbri onu sevənlərin qəlbindədir", - deyərək, bu səfərin fəzilətini görməzliyə vururlar. Təbii ki, səfər barədə mərifət əhəmiyyətlidir. Amma "bacarığım var, səfərə ehtiyac yoxdur", - demək də doğru deyil. Mərifətlə edilən bir səfər insanın bacarığını artırır, dünyəvi və axirət mərhəmətinə nail olmasının qapısını açır. Əlbəttə, səfərin mərtəbələri vardır. "İmamın qəbri sevənlərin qəlbindədir" sözü uzaqdan o həzrəti ziyarət etmək mənasına da gəlir. Yəni Kərbəlaya getmək imkanı olmayan möminlər, olduqları yerdən İmam Hüseynə (ə) salam verərək, onu ziyarət edirlər. Amma Kərbəlada İmam Hüseynin (ə) qəbrini ziyarət etməyin fəzilətinə dair bir çox hədislər vardır, bunlar inkar edilə bilməz."
 
Ərbəin yürüşünün vacibliyinə də işarə edən Ayətullah Zəncani sözlərinə belə davam edib: "Ərbəin yürüşü bir növ təbliğatdır və məsum imamlarımızın vilayətini təbliğ etməkdir. Zalımlar və təkfirçi qüvvələr bu mərasimi gördükdə böyük bir qorxuya qapılırlar. Bu yürüş şiənin əzəmətini göstərir. Kaş fiziki vəziyyətim yerində olaydı, mən də bu yürüşə qarılardım. Bunu çox istəyirəm."
 
Ərbəin yürüşünün günümüzdə ilahi bir şüara çevrildiyindən bəhs edən Ayətullah Zəncani belə deyib: "Əllamə Məclisi və mərhum atası kimi bir çox alim, imkanı olan hər kəsin ömründə bir dəfə də olsa İmam Hüseyni (ə) ziyarət etməyin vacib olduğunu söyləyib."

Google+ WhatsApp ok.ru