Ayətullah Sistani İraqda yeni bölgələrin formalaşdırılması planına sərt reaksiya verdi

Ayətullah Seyid Əli Sistani İraqın müxtəlif bölgələrə bölünməsi barədə planın özünün qəbul etməsi ilə bağlı çıxan xəbərləri təkzib edib, - "İRİB ".
Təsniyə xəbər agentliyi mövzu ilə əlaqədar Ayətullah Sistaninin mərkəzi nümayəndəliyinin məlumatını yayımlayıb. Məlumatda qeyd olunur ki, Ayətullah Sistani İraqın Bəsrə bölgəsi başda olmaqla yeni bölgələrə ayrılmasına dair planı qəbul etmir. Eyni zamanda bu istiqamətdə çıxan xəbərlərin tamamilə yalan olduğunu bildirir.
Qeyd edək ki, bəzi xəbər mənbələri və televiziya kanalları Ayətullah Sistaninin İraq Kürd Muxtariyyəti kimi Bəsrə Muxtariyyəti adı altında yeni bölgələrin meydana gəlməsini qəbul etdiyini iddia etmişdi. deyerler/

Google+ WhatsApp ok.ru