Ayətullah Sistaninin nümayəndəsi: `İŞİD-ə göz açmağa imkan verməyin!`

Maide.az xəbər verir ki, Ayətullah Sistaninin Kərbəla şəhərindəki nümayəndəsi Şeyx Əbdülmehdi Kərbəlayi İraq təhlükəsizlik qüvvələrinin ölkə ərazisini terrorçuların əlindən xilas etməsi barədə təriflə bəhs edərək, belə danışıb: "Təhlükəsizlik qüvvələrimizə müraciət edirəm: İŞİD-ə, bu əli qanlı terror təşkilatına göz açmağa imkan verməyin və ayıq olun, toplaşmaları üçün onlara ən kiçik imkan belə verməyin. Xilas edilən bölgələrə terrorçular bir daha geri qayıda bilərlər. Buna görə çox diqqətli olun."

Google+ WhatsApp ok.ru